Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Dünya ekstremist, radikal, avtoritar, totalitar, kriminal rejimlərin nəzarətinə keçə bilər...

Qərb dövlətlərində qolobalizmə qarşı olan populist siyasi qrupların hakimiyyətə gəlməsi və yeni dünya düzəni...

Siyasi-şərhçi: “Rusiyanın qələbəsini təmin edəcək məqamlardan biri Qərb dünyasının parçalanmasıdır. Öz növbəsində də Rusiyanın Ukraynanı işğal etməsi Qərb dünyasının parçalanmasına gətirib çıxaracaq. Hətta Ukraynadakı məğlubiyyət Qərb sivilizasiyasını yox olma təhlükəsinə belə sürükləyə bilər”.

“Son dövrlər siyasətdə təkcə demokratik dövlətlərdə deyil, ümumiyyətlə müxtəlif ölkələrdə populizm kütləvi bəlaya çevrilib”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Qərb dövlətlərində qolobalizmə qarşı olan populist siyasi qrupların hakimiyyətə gəlməsini Poliqon-a şərh edərkən qeyd edib.

Aparılan rəy sorğuları göstərir ki, Avropa Parlamentinə yayda keçiriləcək seçkilərdə populistlər Avropa İttifaqına qarşı olan partiyalar üstünlük təşkil edəcəklər. ABŞ-da da populist Trampın qalib gəlməsi şansları hər gün daha da artmaqdadır.

Bəs, Qərb dövlətlərində qolobalizmə qarşı olan populist siyasi qrupların hakimiyyətə gəlməsi ümumilikdə formalaşmaqda olan yeni dünya düzəninə necə təsir edə bilər və Qərb siyasi sistemində Rusiyaya rəğbət göstərən populistlərin aparıcı rola sahib olması Ukrayna müharibəsi fonunda Qərb-Rusiya qarşıdurmasıını və Qərb sivilizasiyasını hansı istiqamətə doğru yönləndirə bilər?

Yeni dünya düzənində baş verən prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Amerika dövlətindəki populizm Avropadakı populizmdən fərqlidir”.

Yeni dünya düzəninin xaosa istiqamətləndiyini və dünyanın avtoritar, kriminal, super güclərinin nəzarəti altına düşə biləcəyini vurğulayan siyasi şərhçi Poliqaon-a açıqlamasında qeyd edib ki ,bunu heç kim ciddi hesab etmir, amma bu təhlükə mövcuddur və bu reallaşa bilər:

“Son dövrlər siyasətdə təkcə demokratik dövlətlərdə deyil, ümumiyyətlə müxtəlif ölkələrdə populizm kütləvi bəlaya çevrilib. Əgər biz avtoritar, totalitar dövlətlərin başında duran siyasətçilərə baxsaq görəcəyik ki, onlar da populistdirlər, özü də ifrat populistdirlər. Çünki demokratik cəmiyyətdə populizmdən totalitar, avtoritar cəmiyyətdəki qədər yararlanmaq olmur. Azad media, siyasi rəqabət var, insanların ictimai-siyasi aktivliyi daha yüksəkdir və ona görə də, belə yanaşmalar, populist şüarlar, çağırışlar, vədlər layiqli təpki görür.

Avtoritar və totalitar cəmiyyətlərdə, yəni ifadə azadlığının, fikir ayrılığının, düşüncə ifadəsinin azad olmadığı cəmiyyətlərdə bu faktiki bir qapıya aparılan futbol oyununa bənzəyir. Burada avtoritar liderlər daha absurd şeylər danışırlar. Ona görə ki, əslində onların danışdığı məlum da deyil nədən ötrüdür. Onlar anlayırlar ki, cəmiyyət heç nəyi həll etmir, cəmiyyəti özləri hər şeydən kənarda qoyurlar. Faktiki olaraq öz eqosunu təmin etmək üçün olan çıxışlardır.

Əgər bir dövlətin rəhbəri ölkədə 5 faiz işsizliyin olduğunu deyirsə, amma ölkə əhalisinin 80 faizi yoxsulluq içindədirsə, əlbəttə, o yalan danışır. Bu artıq populizm də deyil, populizm başqa bir şeydir. Bu ağ yalandır, həyasızlıqdır. Belə halalr bir çox ölkələrdə mövcuddur.

Populizmin işlədiyi, onun effektiv olduğu ölkələr ilk növbədə demokratik cəmiyyətlərdir. Unutmayaq ki, demokratik ölkələrdə də populizmə uyan, meyillənən çox saylı seçicilər var. Məsələn Donald Trampın 2016-cı ildə ABŞ prezidenti seçilməsinin başlıca onun populist bəyanatları, amerikan millətçiliyinin ifadəsi, ABŞ-ın özünə qapanması, NATO-nun ləğv olunması və s. idi. Bu adam başa düşürdü ki, hətta o istəsə belə, bunları edə bilməz. Amma bunları yenə deyir və kütlələr onun arxasınca axışır. Donald Tramp ümumiyyətlə unikal bir kadrdır. Ötən seçkilərdə gördüyümüz kimi əhalinin tən yarısı ona səs verdi və onu seçdilər. Şübhəsiz ki, bu dəfə də seçə bilərlər.

Ərəstun Oruclu: “Donald Trampın 2016-cı ildə ABŞ prezidenti seçilməsinin başlıca onun populist bəyanatları, amerikan millətçiliyinin ifadəsi, ABŞ-ın özünə qapanması, NATO-nun ləğv olunması və s. idi”.

Amerika dövlətindəki populizm Avropadakı populizmdən fərqlidir. Məsələ burasındadır ki, amerika populizmi avtoritarizmə, senafobiyaya, irqçiliyə və ayrıseçkiliyin başqa formalarına meyillənməyə əsas vermir. Çünki cəmiyyət fərqlidir. Avropa cəmiyyətlərində isə vəziyyət tamamilə fərqlidir. Orada ifrat sağ təmayüllü, radikal, ekstremist, bəzən isə faşist təmayüllü populizm uğur qazanır. Bunun çoxsaylı nümunələri var. Hətta Niderland kimi dözümlü, tolerant ölkədə, İsveç kimi demokratik, azad cəmiyyətdə, Finlandiya kimi ölkədə ifrat sağ təmayül artıq siyasi proseslərdə seçici səsinə güvənərək və söykənərək fəaliyyət göstərirsə, əlbəttə ki, bunların hamısı qorxunc tendensiyalardır. Və bunlar həm də demokratiyanın qüsurlarıdır. Lakin bu qüsurlar olmazsa, o zaman demokratiyada olmayacaq.

Bu dünyanı dezinteqrasiyaya yuvarladır. Dünyanın dezinteqrasiyası bu günkü dünyanın bir sadə ifadə ilə desək, dağılması deməkdir. Buna görə ki, bu günkü dünyanın ölkələri dərindən bir-birinə inteqrasiya olunub. Burada söhbət təkcə iqtisadi, siyasi, təhlükəsizlik sahəsindəki inteqrasiyadan getmir. Burada sivilizasiyaların inteqrasiyasından söhbət gedir. Həmin bu ifrat sağ təmayül və yaxud populizm təmayül məhz həmin o sivilizasiya faktoru üzərində oynayaraq, sivilizasiyaların inteqrasiyasına, toqquşmasına çevrilməyə cəhd göstərir. Bir sıra hallarda da buna nail olunur.

Biz bu günlərdə gördük ki, Almaniyada sağ ekstremistə qarşı böyük etiraz aksiyaları keçirildi. Bu artıq göstərir ki, insanlar bu təhlükəni duyurlar. Xüsusən Almaniyada niyə duyurlar? Çünki onlar 30-cu illərin və nəhayət 40-cı illərin axı təcrübəsini yaşayıblar.
Əlbəttə, belə şəraitdə demokratik ölkələrdə, azad cəmiyyətlərdə, populizmin meydan suladığı dövrdə bütün proseslər Rusiya, Çin və onlarla müttəfiq olan avtoritar, totalitar rejimlərin xeyrinə işləyir. Belə olduğu halda da, dünya düzəni xaotik və ya dünyanın avtoritar, kriminal, super güclərinin nəzarəti altında görünür. Bu tamamilə mümkündür. Bu gün bəlkə bunu heç kim ciddi hesab etmir. Amma bu təhlükə mövcuddur və bu reallaşa bilər.

Ərəstun Oruclu: “ Rusiyanın məqsədi doğrudanmı Ukraynanın ərazilərini işğal etmək idi? Məqsəd yeni dünya düzəninin qurulma mərhələsində olduğu bir vaxtda bu prosesi öz diqtəsi ilə aparmaq idi və müəyyən mənada da buna nail oldu”.

Biz artıq gördük ki, necə Ukrayna savaşı açıldı və onun arxasında duran məqsədlərdən birinə də prinsipcə nail olundu. Avropa Birliyinin daxilində Ukrayna məsələsinə görə ziddiyyət yaratmaqla artıq Avropa Birliyinin təməli laxladıldı. Sual olunur ki, Rusiyanın məqsədi doğrudanmı Ukraynanın ərazilərini işğal etmək idi? Məqsəd yeni dünya düzəninin qurulma mərhələsində olduğu bir vaxtda bu prosesi öz diqtəsi ilə aparmaq idi və müəyyən mənada da buna nail oldu.

Yaxud da HƏMAS-İsrail qarşıdurmasını götürək. Bu ssenari də elə-belə başlamadı. Ciddi şəkildə Avropanın, Qərb dünyasının, ümumiyyətlə azad demokratik idarəetmənin tərəfdarları olan Avropa, Qərb siyasətçilərinin həyəcan təbili çatmasını çox gözəl anlayıram. Xüsusilə də, Ukrayna-Rusiya savaşı məsələsində... Çünki Rusiyanın qələbəsini təmin edəcək məqamlardan biri Qərb dünyasının parçalanmasıdır. Öz növbəsində də Rusiyanın Ukraynanı işğal etməsi Qərb dünyasının parçalanmasına gətirib çıxaracaq. Hətta Ukraynadakı məğlubiyyət Qərb sivilizasiyasını yox olma təhlükəsinə belə sürükləyə bilər. Hazırda belə xaotik geosiyasi tandem meydana çıxıb.

Buna qədər də, əgər yaxın illərdə populizmin bu gün baş alıb getdiyi Qərb siyasəti təhlükəli fenomendən xilas olmayacaqsa, yaxın 50-100 ilə dünyanın hansı dünya olacağını təsəvvür etmək belə qorxuncdur. Çünki dünya ekstremist, radikal, avtoritar, totalitar, kriminal rejimlərin nəzarətinə keçə bilər.

Bir daha qeyd edim ki, bu təhlükə realdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar