Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: Müdafiə xəttinin qurulması müharibəyə hazırlaşmaq demək deyil...

Estoniyanın müdafiə naziri Hanno Pevkur özünü müdafiə edə bilmək üçün müdafiə xətti qurulacağını bildirib...

Poliqon xəbər verir ki, nazir bu barədə "Postimees" qəzetinə danışıb.

Pevkurun sözlərinə görə, bu qərar hərbi münaqişənin real təhlükəsi demək deyil. Nazir bildirib ki, sülh dövründə bunkerlərdən əhalinin ehtiyacları, məsələn, orada kartof saxlamaq üçün istifadə etmək olar.

Hanno Pevkur xatırladıb ki, NATO ölkələrinin müdafiə strukturunun dəyişdirilməsi və regional planların yenilənməsi barədə qərar 2022-ci ildə Madriddə keçirilən sammitdə verilib və bu planlar 2023-cü ildə Vilnüsdə təsdiqlənib.

"Mən vurğulayıram ki, bu tədbirlər dinc şəraitdə, real təhlükənin olmadığı bir şəraitdə həyata keçirilir. Bunkerlərin tikilməsi o demək deyil ki, bizdə müharibə olacaq. Planlaşdırılan haubitsaların alınması da müharibəyə hazırlıq deyil. Təbii ki, biz hər an Estoniyanı müdafiə etməyə hazır olmalıyıq. Bunkerlər böhran vəziyyətlərinə hazırlığımızı artıracaq", deyə Hanno Pevkur bildirib.

Nazir qeyd edib ki, piyadalar üçün bunkerlər tikilir və lazım gələrsə, insanlar ora sığınacaq. Həmin bunkerlərə həmçinin döyüş sursatı yerləşdirilə bilər.

"Bunkerlər Rusiya ilə sərhəddə, böhran zamanı iştirak etməli olduğumuz yerlərdə. Sülh dövründə özəl torpaq sahibləri bunkerlərdən öz ehtiyacları üçün istifadə edə biləcəklər. Məsələn, kartofu orada saxlaya bilərlər. Bu həmişə xoşdur. Hətta torpaq icarəyə götürdükləri üçün onlara nəsə ödəyə biləcəyik. Böhran baş verərsə, bunkerlər dövlət tərəfindən istifadə olunacaq", deyə nazir qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Ən çox oxunanalar