Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Regional geosiyasət - Qərbin əsas düşmənləri olan İran və Rusiya Türkiyə ilə daha da yaxınlaşırlar...

Dünən İran prezidenti İbrahim Rəisi Ankarada səfərdə olub, fevralda isə Vladimir Putin Türkiyəyə səfər edəcək...

Siyasi-şərhçi: “Qərblə qarşı-qarşıya olan hər iki ölkənin Türkiyəyə böyük ehtiyacı var və hesab edirəm ki, Türkiyə hakimiyyəti bu strateji vəziyyətdən yararlana bilmək üçün hər şeyi edir”.

“Təklənmiş durumda görünən və əsas dünyadan təcrid olunmuş Rusiyaİran Türkiyə kimi dövlətlə yaxın əməkdaşlıq etməklə öz geosiyasi vəziyyətlərini ayaqda saxlaya bilirlər. Bu Türkiyənin də maraqlarını təmin edir. Çünki Türkiyə də Qərblə mürəkkəb münasibətlərində Rusiyaİran faktorundan yararlanır”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı İranRusiya prezidentlərinin Türkiyəyə səfərlərini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də səfər edə biləcəyini gözləyir. İran prezidenti İbrahim Rəisi isə dünən Ankarada səfərdə olub. Qərbin əsas rəqibləri İranRusiya olan İranRusiyanın NATO üzvü Türkiyə ilə yaxınlaşmağa meylli olmaları və Ankaranın da bu yaxınlaşmaya çox isti yanaşması heç də sirr deyil. Əslində bu yaxınlaşma Ərdoğan hakimiyyətinin yürütdüyü siyasətin əsas strategiyasını təşkil edir. İranRusiya prezidentlərinin Türkiyəyə səfərləri regional kontekstdə hansı mühüm əhəmiyyətə malikdir və bu səfərlər regionun gərgin geosiyasi gündəminə hansısa təsirlərə malik olacaqmı?

Türkiyə-İran-Rusiya münasibətlərini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Regionda Türkiyə-Rusiya-İran birliyinə böyük ehtiyac var. Bu birlik Suriyadan və Yaxın Şərqdən tutmuş Cənubi Qafqaza qədər böyük bir coğrafiyada sülhün yaranmasına önəmli təkan verə bilər”.

Ərdoğanın hər iki prezidenti qəbul edərkən Azərbaycan məsələsini da onlarla müzakirə edəcəyini gözləyən ekspert Poliqon-a açıqlamasında vurğulayıb ki, İranın məlum ermənipərəst davranışları, Təbrizdə ermənilərin konsulluq açmalarına icazə verilməsi kimi məsələlər masa üzərində müzakirə oluna bilər:

“Hər iki səfəri daha çox qardaş Türkiyə, həm də Azərbaycanın maraqları baxımından çox önəmli hesab etmək olar. Bu həm də regionun üç nəhəng və aparıcı ölkəsinin birlik və anlayış nümayiş etdirməsi anlamına gəlir. Bu həm də onu göstərir ki, Türkiyə ABŞ-ın və kollektiv Qərbin müttəfiq olmasına baxmayaraq Rusiyaİran üçün vaz keçilməz ölkədir. Bu regional məsələlərdə istər İranın, istərsə də Rusiyanın Türkiyə amili ilə barışması deməkdir.

Əslində güclü Türkiyə həm də güclü Azərbaycan deməkdir. Hesab edirəm ki, Rusiyaİran rəsmi Ankara ilə münasibətləri daha sıx tutmaq niyyətindədirlər. Eyni zamanda kollektiv Qərb üçün də Türkiyə vaz keçilməz ölkədir və hər nə qədər Qərbdə ikiüzlüklə Türkiyəni sevməsələr də, heç bir vəchlə NATO-nun ikinci ordusuna sahib bir ölkəni itirmək istəməzlər. Qərblə qarşı-qarşıya olan hər iki ölkənin Türkiyəyə böyük ehtiyacı var və hesab edirəm ki, Türkiyə hakimiyyəti bu strateji vəziyyətdən yararlana bilmək üçün hər şeyi edir. ona görə də Ərdoğan hakimiyyəti istər Qərbə, istərsə də Rusiyaİrana qarşı eyni məsafədə dayanır.

Rusiyaİran Qərbdən gələn ciddi sanksiyalar altındadır, iqtisadiyyatlarına böyük zərbələr dəyməmiş deyil və bu da Türkiyəni onlar üçün daha aktual edir. Təklənmiş durumda görünən və əsas dünyadan təcrid olunmuş Rusiyaİran Türkiyə kimi dövlətlə yaxın əməkdaşlıq etməklə öz geosiyasi vəziyyətlərini ayaqda saxlaya bilirlər. Bu Türkiyənin də maraqlarını təmin edir. Çünki Türkiyə də Qərblə mürəkkəb münasibətlərində Rusiyaİran faktorundan yararlanır.

Cavanşir Abbaslı: “Ankarada Azərbaycan-Ermənistan arasındakı sülh razılaşmasının əldə edilməsi Ərdoğanla Putin arasında bir daha gözdən keçiriləcək”.

Bu səfərlərdə əsas müzakirə olunan məsələlər sırasında hər üç ölkədə bir ayda baş tutacaq seçkilər olacaq. Bilirsiniz ki, martın 1-də İranda parlament, həmin ayın 17-də Rusiyada prezident və bundan 2 həftə sonra Türkiyədə bələdiyyə seçkiləri baş tutmalıdır. Hər üç seçki də bu ölkələrin hakimiyyətləri üçün çox vacibdir. Xaricdən mütləq şəkildə təzyiqlər gələcək. Təbii ki, belə bir şəraitdə hər üç region ölkəsinin bir-birinə böyük ehtiyacı yaranır. Onun üçün də bu səfərlərdə bu dəstək məsələlərinin hansı formada göstəriləcəyi müzakirə olunacaq. Dünyaya güc göstərisi mənasında da önəmli gəlişmələrdir.

Açığı etiraf edim ki, regionda Türkiyə-Rusiya-İran birliyinə böyük ehtiyac var. Bu birlik Suriyadan və Yaxın Şərqdən tutmuş Cənubi Qafqaza qədər böyük bir coğrafiyada sülhün yaranmasına önəmli təkan verə bilər. Bu həm də yanında qardaş Türkiyə olan Azərbaycan uduşludur.

Bir sözlə ilin ilk yarısı region ölkələrimizin bir-birinə ehtiyacları baxımından önəmli zamandır. Ərdoğan hər iki prezidenti qəbul edərkən Azərbaycan məsələsini da onlarla müzakirə edəcək. İranın məlum ermənipərəst davranışları, Təbrizdə ermənilərin konsulluq açmalarına icazə verilməsi kimi məsələlər masa üzərində müzakirə olunacaq.

Böyük ehtimalla Azərbaycan-Ermənistan arasındakı sülh razılaşmasının əldə edilməsini Ərdoğan Putinlə bir daha gözdən keçiriləcək. Həmçinin hesab edirəm ki, “Zəngəzur dəhlizi”ndəki İran maneəsi Rəisi ilə müzakirə edilməməsi mümkünsüz deyil. Bir sözlə çox vacib məsələlərin həllinə təkan verəcək tarixi səfərlər sayılacaq. Türkiyəmiz, ölkəmiz və regionumuz üçün uğurlu olacaq!”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar