Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarın yaratdığı fəsadlar: Cəlilabadın bir hissəsi işıqsız qalıb, Qaxın Sarıbaş kəndi ilə əlaqə kəsilib - Yenilənib

Güclü qar yağması ilə Cəlilabad rayonunda nəqliyyatın hərəkətində və elektrik təchizatında problemlər yaranıb...

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabadın dağlıq kəndlərində qarın hündürlüyü 50 sm-ə çatıb. Avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Elektrik xətləri qırıldığından Cəlilabad şəhərinin bəzi hissələrində və bir neçə kəndə elektrik enerjisinin verilişi kəsilib.

Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, kənd yollarında nəqliyyatın hərəkəti çətinləşib. Biləsuvarın mərkəzi hissəsində və bəzi kəndlərdə elektrik enerjisinin verlişi dayanıb. Eyni zamanda, güclü qar və külək rabitə dirəklərini aşırıb və xətləri qırıb. Bir neçə yerdə qarın ağırlığına dözməyən ağac aşıb. Rayon ərazisində qarın hündürlüyü 20 sm-ə çatır.

Hazırda hər iki rayonda müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Həmçinin, elektrik enerjisinin bərpası üçün qəza briqadaları işlər aparırlar.

"Report"un Şimal-qərb bürosu isə xəbər verir ki, güclü qar səbəbindən Qax rayonunun Sarıbaş kəndi ilə əlaqə kəsilib. Hazırda yolun açılması istiqamətində işlər aparılır.

Sakinlərin dediyinə görə, Sarıbaş kəndində yağan qarın qalınlığı 40-50 sm-ə çatır.

Qeyd edək ki, Sarıbaş kəndi Qax rayonunun ən ucqar dağ kəndidir.

***

Qarlı hava şəraiti Azərbaycanın bölgələrində nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti muxtar respublikada nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən qarın ən çox yağdığı ərazilərdə, magistral, dağlıq və dağətəyi qəsəbə, kənd yollarının təmizlənmə işləri görülür.

Ötən gecədən ölkə ərazisində yağmağa başlayan güclü qar İsmayıllı rayonunda da bir sıra çətinliklər yaradıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yağan güclü qar nəticəsində İsmayıllı–Lahıc yolu bağlanıb və bunun nəticəsində həmin əraziyə insanların və avtomobillərin gediş-gəlişi məhdudlaşdırılıb.

Bundan başqa, səhər saatlarından Lahıcda və yaxın kənd məktəblərində işləyən müəllimlər yolun bağlanması səbəbindən həmin ərazidə olan təhsil ocaqlarına gedə bilməyiblər. Hazırda yolun açılması istiqamətində İsmayıllı Rayon 5 nömrəli Yol-istismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Sürücülərə həmin yollardan müvəqqəti olaraq istifadə etməmələri tövsiyə olunur. Hazırda rayon ərazisində güclü qar yağıntısı davam edir.

Poliqon.info


Etiket: qar fəsadlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar