Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sakit okean dövləti Tayvanla diplomatik əlaqələri kəsib, "vahid Çin"i tanıyıb

Sakit Okeanda yerləşən Nauru ada dövlətinin hakimiyyəti Tayvanla diplomatik münasibətləri kəsdiyini və "vahid Çin" siyasətini dəstəklədiyini açıqlayıb...

Poliqon xəbər verir ki, Reuters Agentliyi bu barədə hökumətin bəyanatına istinadən yazıb.

"Nauru Tayvanla diplomatik münasibətləri kəsir və Çin Xalq Respublikasını tanıyır", deyə agentlik qeyd edib.

Bu arada, Tayvan administrasiyasının hazırkı rəhbəri Tsay İnq-ven Amerika rəsmilərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib ki, taybey və Vaşonqton gələcəkdə müxtəlif qlobal problemləri həll etmək üçün birlikdə çalışacaqlar.

Görüş zamanı o qeyd edib ki, Amerika rəsmilərinin gəlişi təkcə Vaşinqtonun dəstəyini deyil, həm də Tayvan və ABŞ arasında güclü tərəfdaşlığı nümayiş etdirir. Tsay İnq-ven əmin olduğunu bildirib ki, əlaqələr inkişaf etdikcə Tayvan və ABŞ ekologiya, elmi-texniki inkişaf və təhsil sahələrində əməkdaşlığı genişləndirəcəklər:

"Gələcəkdə pandemiya ilə birlikdə mübarizə apardığımız kimi, Tayvan və Birləşmiş Ştatlar müxtəlif qlobal problemlərin həlli üçün birlikdə çalışacaqlar".

Tsai İnq-ven həmçinin Tayvan-ABŞ münasibətlərinin regional və qlobal inkişaf üçün mühüm hərəkətverici qüvvəyə çevriləcəyini gözləyir.

Qeyd edək ki, yanvarın 13-də Tayvanda adanın administrasiyasının rəhbəri və onun Qanunverici Yuan (Parlament) üzvləri üçün seçkilər keçirilib. Administrasiya rəhbərinin hazırkı müavini, Tayvanın Demokratik Tərəqqi Partiyasının nümayəndəsi, 64 yaşlı Lai Qinqde 40,05% səs toplayaraq adanın yeni lideri seçilib. O, 2024-cü ilin mayında vəzifəsinin icrasına başlayacaq.

Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri üzrə İdarəsi onun rəsmi nümayəndəsi Çen Binhuanın bəyanatını yayıb. O, Çinin Tayvanın müstəqilliyinə nail olmağa yönəlmiş hərəkətlərə və xarici qüvvələrin müdaxiləsinə qəti şəkildə qarşı çıxacağını vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Ən çox oxunanalar