Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq evinin itkin sakini tapıldı: “Yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoludan tullanıb qaçıb” - Yenilənib

Uşaq evindən qaçan 2010-cu il təvəllüdlü Cümşüd Elşad oğlu Ağayev tapılıb...

 

Bu barədə Oxu.Az-a Xətai rayonu Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən uşaq evinin müdiri Gülnarə Quliyeva məlumat verib.

O bildirib ki, uşaq Abşeron rayonundan tapılıb:

“Ərazi üzrə polis bölməsi uşağı tapıb. Bizə məlumat verdilər. Müvafiq qaydada polis əməkdaşları tərəfindən uşaq buraya gətiriləcək”.

Onun sözlərinə görə, uşaq dünən günorta saatlarında yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoluna girərək pəncərədən qaçıb. G.Quliyeva bildirib ki, uşaq yanvarın 13-də anası tərəfindən uşaq evinə gətirilib:

“Elşadın özündən iki yaş böyük bacısı var. Uşaqların atası ortada yoxdur, əvvəl ana baxıb, sonra bibiyə verib. Bacısı artıq bir ildir ki, bizdədir, buraya adaptasiya olub. Ancaq oğlan adaptasiya ola bilmir, qaçır ki, anamı istəyirəm.

Biz bibi ilə danışdıq ki, uşaqlar ortada qalmasınlar, aidiyyəti qurum vasitəsilə himayədar ailə proqramına daxil edək. Bibini razı salmışıq”.

Gülnarə Quliyeva qeyd edib ki, uşaq nənəsinin yanında olanda da qaçıb:

“Bir dəfə də yanvarın 4-də nənəsinin yanında olanda qaçıb. Onu bizim əməkdaşlar tapıb gətiriblər. Əksər hallarda Abşeronda, Xırdalan tərəfdə, ya da metronun “Elmlər Akademiyası” stansiyası tərəfdə tapırıq uşağı. Anasını axtarmaq adı ilə o istiqamətlərə gedir. Uşaq özü pis uşaq deyil. Bacı-qardaş ikisi də yaxşı uşaqdır. Sadəcə, uşaqlara pis təsir edir ki, ailələri, doğmaları ola-ola niyə uşaq evinə qoyulurlar”.
Uşağın qaçmasına səbəb yaradan amilləri isə G.Quliyeva belə izah edib:

“Bizim bağçanın binası köhnədir. 1970-ci ilin binasıdır. Bağçalara, pəncərələrə barmaqlıqlar vurmağa icazə yoxdur. Binanın quruluşu da elədir ki, pəncərədən düşmək asandır”.

***

Bakıda uşaq evindən çıxan yeniyetmə itkin düşüb.

"Report"un xəbərinə görə, 2010-cu il təvəllüdlü Ağayev Cümşüd Elşad oğlu yanvarın 14-ü saat 15:30 radələrində Xətai rayonu, Lütfi Zadə küçəsi 18 ünvanında yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.

Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Poliqon.info


Etiket: uşaq evi itkin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar