Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rio-de-Janeyroda daşqınlar nəticəsində 11 nəfər ölüb

Rio-de-Janeyroda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 11 nəfər ölüb. Şəhərdə fövqəladə vəziyyət elan edilib...

Poliqon xəbər verir ki. bu barədə yerli G1 portalı xüsusi xidmət orqanlarının məlumatlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, yanvarın 13-dən 14-dək Rio-de-Janeyronun şimal bölgəsinə güclü leysan yağıb. Yağmur əsas magistralları su basmasına gətirib çıxarıb, ictimai yerüstü nəqliyyatın və metronun işini iflic edib. Xilasedicilərin sözlərinə görə, 11 nəfərin ölümünə səbəb torpaq sürüşməsi və şəhər elektrik şəbəkəsinin qırılan naqillərindən elektrik cərəyanı vurması olub.

Rio-de-Janeyro şəhərinin meri Eduardo Paes sakinləri şəhərdə vəziyyət normallaşana qədər lazımsız yerə evlərini tərk etməməyə çağırıb. Rio-de-Janeyro əməliyyat mərkəzi əhali üçün beş mümkün xəbərdarlıq səviyyəsindən üçüncüsü elan edib.

Braziliyanın mülki müdafiə xidməti 30 magistral yolda daşqın və onlarla rayonda elektrik enerjisinin kəsilməsini qeydə alıb. Xüsusilə, Rio-de-Janeyronun şimal rayonunda bir xəstəxana işıqsız qalıb. Xilasedicilər həmçinin ən çox favelaların yerləşdiyi çətin relyefli ərazilərdə sürüşmə riskinin yüksək olacağı barədə xəbərdarlıq ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar