Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: İran özünün Ermənistan siyasəti ilə daim çalışıb Azərbaycana təzyiq etsin...

Ermənistan Təbrizdə konsulluq açmaq qərarına gəlib və molla rejimi də bu qərarı dəstəkləyib...

Siyasi-şərhçi: “İran-Ermənistan münasibətlərində Tehran hər zaman maksimum dərəcədə çalışıb ki, atdığı addımlar həm də Azərbaycana qarşı yönəlik addımlar olsun”.

Ermənistanın başqa bir konsulluğunun Təbrizdə açılması, İranın buna razılıq verməsi şübhəsiz ki, təkcə İran-Ermənistan münasibətlərinin daha da genişləndirilməsinə xidmət etmir, bu həm də Azərbaycana qarşı atılmış bir addımdır”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Ermənistanın Təbrizdə konsulluq açmaq niyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Ötən gün Ermənistanın İranla birgə Təbrizdə konsulluq açılması ilə bağlı razılığa gəldikləri barədə xəbərlər gündəmi zəbt etdi. Azərbaycan türklərinin yaşadıqları Təbriz şəhərində Ermənistan konsulluğunun açılması ictimaiyyətdə də narazılıqla qarşılanır.

Ermənistanın Təbrizdə konsulluğunun açılması nə anlama gəlir və Sünikdə konsulluq açan İranTəbrizdə də anoloji addımı atmaqla Azərbaycana hansısa mesaj verməyə çalışırmı?

İran-Ermənistanİran-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “İranla hər hansı bir gərginlikdə Azərbaycan hüquq mühafizə orqanları, təhlükəsizlik orqanları Azərbaycan vətəndaşlarını İrana casusluqda şərləyib tuturlar. Bu da İranın əlinə oynayır”.

Azərbaycan tərəfindən İranın belə təxribatçı siyasətinə adekvat addımlar atılmayana qədər bunun davam edəcəyini vurğulayan ekspert çox təəssüflə bildirib ki, Azərbaycan tərəfindən atılan addımlar tamamilə qeyri-rasionaldır və əksər hallarda məhz İranın maraqlarına xidmət edir:

İran-Ermənistan münasibətlərində Tehran hər zaman maksimum dərəcədə çalışıb ki, atdığı addımlar həm də Azərbaycana qarşı yönəlik addımlar olsun. Yəni başqa sözlə ifadə etsək, İran öz Ermənistan siyasəti ilə daim çalışıb Azərbaycana təzyiq etsin və bu siyasətin əsas motivləri dəyişməyib, bu gün də qalmaqdadır.

İranın Zəngəzur dəhlizi məsələsinə münasibəti bunu açıq-aydın nümayiş etdirdi. Bundan sonra həmin bölgədə İranın konsulluq açması və indi də Ermənistanın başqa bir konsulluğunun Təbrizdə açılması, İranın buna razılıq verməsi şübhəsiz ki, təkcə İran-Ermənistan münasibətlərinin daha da genişləndirilməsinə xidmət etmir, bu həm də Azərbaycana qarşı atılmış bir addımdır. Dediyim kimi İran bu dəfə də öz ənənəsinə sadiq qalaraq göstərmək istəyir ki, onun Ermənistana dəstək, Ermənistanla əməkdaşlıq siyasəti həm də Azərbaycana qarşı yönəlmiş bir siyasətdir. Bu İran siyasətinin mahiyyətidir və biz də bunu nəzərə almalıyıq.

Ərəstun Oruclu: “Belə addımlar atmağa başlayanda İran öz yerini biləcək və siyasətini korrektə etməyə məcbur olacaq. Təəssüf ki, hələlik bu yoxdur”.

Düşünürəm ki, Azərbaycan tərəfindən İranın belə təxribatçı siyasətinə adekvat addımlar atılmayana qədər bu davam edəcək. Çox təəssüf ki, Azərbaycan tərəfindən atılan addımlar tamamilə qeyri-rasionaldır və əksər hallarda məhz İranın maraqlarına xidmət edir. Düşünmürəm ki, bunu bilərəkdən edirlər. Amma istənilən halda bu qeyri-rasionaldır.

Mən nəyi nəzərdə tuturam? İranla hər hansı bir gərginlikdə Azərbaycan hüquq mühafizə orqanları, təhlükəsizlik orqanları Azərbaycan vətəndaşlarını İrana casusluqda şərləyib tuturlar. Bu da İranın əlinə oynayır. Çünki bununla dindarlarda dövlətə qarşı antipatiya yaradırlar, dövlətə etimadsızlığı dərinləşdidirlər və faktiki olaraq həmin dindarların bir hissəsini İranın girovuna düşməyi sövq edirlər.

Halbuki, əslində atılan addımlar İran tərəfə qarşı atılmalıdır. Belə addımlar atmağa başlayanda İran öz yerini biləcək və siyasətini korrektə etməyə məcbur olacaq. Təəssüf ki, hələlik bu yoxdur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Türkiyədə restoranda partlayış zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Şimali Koreia Yapon dənizinə doğru ballistik raketlər buraxıb

Ən çox oxunanalar