Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İran regionda sülhün olmasını istəmir...

İranın Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyinin olduğu iddia edilir...

Turan Rzayev: “Təbii ki, sülh prosesinin intensivləşdiyi və sülh müqaviləsinin imzalanmasının yaxın olduğu bir zamanda tərəflərin kənar dövlətlər tərəfindən silahlandırılması sülhə vurulan zərbədir”.

“Sülhün olması, həmçinin gələcəkdə Ermənistanla Azərbaycan arasında siyasi, iqtisadi, diplomatik münasibətlərin qurulması və təbii olaraq Naxçıvandan Zəngəzura gedən yolun açılmasına gətirib çıxaracaq. Bu da İran üçün heç də məqbul deyil”.

Bu sözləri politoloq Turan Rzayev İranın Ermənistanı silahlandırmaq niyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanda İran üzrə ekspertlərdən biri deyib ki, İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir, ancaq baş nazir Nikol Paşinyan qonşusundan silah və hərbi texnika almağa çəkinir. Buna baxmayaraq erməni ekspert qeyd edib ki, mümkün müharibə şəraitində İran ordusunun Ermənistan tərəfində münaqişəyə birbaşa münaqişəsi az gözləniləndir.

İranın Ermənistana silah satmaq həvəsi regionda sülhün bərqərar olmasına nə qədər xidmət edir?

İranın AzərbaycanErmənistan arasında gözlənilən sülhə maneçiliyini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İstər Qərbdən Fransanın, istərsə də cənub qonşumuz İranın Ermənistanı silahlandırmaqda həvəsli olması və onu şirnikləşdirməsi regiondakı destruktiv planlardan xəbər verir”.

Sülh müqaviləsinin imzalanmasının İranın iki ölkəyə olan asılılıq münasibətlərini tamamilə sonlandıracağını qeyd edən politoloq Poliqon-a bildirib ki, buna görə də, İranın regiondakı sülhə mane olmaq planları davam edir:

Azərbaycanla Ermənistan bir müddətdir ki, sülh prosesi istiqamətində intensiv danışıqlar aparır. Bu ikili danışıqlar, habelə sərhəd kommunikasiyaların görüşü fonunda baş verir. Təbii ki, sülh prosesinin intensivləşdiyi və sülh müqaviləsinin imzalanmasının yaxın olduğu bir zamanda tərəflərin kənar dövlətlər tərəfindən silahlandırılması sülhə vurulan zərbədir. Bu istiqamətdə istər Qərbdən Fransanın, istərsə də cənub qonşumuz İranın Ermənistanı silahlandırmaqda həvəsli olması və onu şirnikləşdirməsi regiondakı destruktiv planlardan xəbər verir.

Ümumiyyətlə, İran regionda sülhün olmasını istəmir. Çünki sülhün olması, həmçinin gələcəkdə Ermənistanla Azərbaycan arasında siyasi, iqtisadi, diplomatik münasibətlərin qurulması və təbii olaraq Naxçıvandan Zəngəzura gedən yolun açılmasına gətirib çıxaracaq. Bu da İran üçün heç də məqbul deyil.

İran Ermənistanın Azərbaycan qarşısında hər zaman hərbi baxımından zəif olmasından istifadə edərək Yerəvana silah satışını həyata keçirir. Eyni zamanda İran Azərbaycanın Naxçıvana qaz təchizatını etməsini və Naxçıvana gedən əhalinin İran ərazisindən keçməsi məsələsini saxlamaqla davamlı asılılığı qorumaq niyyətindədir. Amma sülh müqaviləsinin imzalanması İranın iki ölkəyə olan asılılıq münasibətlərini tamamilə sonlandıracaq. Buna görə də, İranın regiondakı sülhə mane olmaq planları davam edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Ən çox oxunanalar