Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Gümrüdə hakimiyyəti ələ keçirmək istəyir...

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası Gümrüdə (Ermənistanın ikinci böyük şəhəri) hakimiyyəti keçmiş koalisiya tərəfdaşı Balasanyan blokundan almaq istəyir...

Poliqon xəvbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Qeyd olunur ki, blokun nümayəndələri hakimiyyətdən əl çəkmək üçün güclü təzyiq altındadır. Nəşrə görə, hakimiyyət hüquq-mühafizə orqanlarına opponentləri hər cür "təqib etmək" barədə göstəriş verib.

Qəzetin məlumatına görə, vergi xidmətləri Balasanyan ailəsinə məxsus biznes obyektlərində gücləndirilmiş yoxlamalara başlayıb. Onların barəsində cinayət işinin başlanması üçün hər şey edilir.

Məlum olduğu kimi, 2021-ci il seçkilərində keçmiş mer Samvel Balasanyanın təsis etdiyi Balasanyan bloku Ermənistanın ikinci böyük şəhərində yerli seçkilərdə 36,59 faiz səs toplayıb, seçicilərin 29,56 faizi isə "Vətəndaş sazişi"nə səs verib.

Seçkilərdən sonra onlar koalisiya yaradıblar və 2023-cü ilin sentyabrında keçmiş merin oğlu Misak Balasanyan İraqa səfir təyin edilib. Lakin dekabrın əvvəlində "Vətəndaş sazişi" koalisiya əməkdaşlığını dayandırıb və ayın sonunda Balasanyan İraqdan geri çağırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Kiçik Kennedi prezidentlik yarışından geri çəkilməyə hazırlaşır

Ərəstun Oruclu: Putinin Qafqazda ciddi dəstəyə ehtiyacı var...

Ən çox oxunanalar