Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin energetika naziri: gündəlik 32 min bareldən çox neft hasil edirik

Türkiyə 30 il ərzində enerji idxalından tamamilə müstəqil olmaq niyyətindədir...

“Report” xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “CNN Türk” telekanalına açıqlamasında bildirib.

“Türkiyə xaricdən asılılığı 68 % olan ölkədir. Amma Türkiyənin xaricdən asılılığına son qoyması lazımdır. Qarşımızdakı 30 ildə hədəf tam müstəqillikdir. Türkiyənin tələbatları çox böyükdür... Demək olar, bütün Qara dənizi gözdən keçirmişik. Tapacağımız kəşflərlə bu xaricdən asılılığı ölkəmizin gündəmindən çıxaracağıq”, – Bayraktar telekanala bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə Şırnakda gündəlik 32 min bareldən çox neft hasil edir:

“Hazırda Şırnakda, Qabarda (dağ – red.) 32 min bareldən çox hasil edirik. Bu, bir gündə hasil edilir. İndi hasil rəqəmini iki dəfə artırmışıq […] Məqsəd ilsonunadək bu rəqəmi yüz min barelə çıxarmaqdır”.

Nazir qeyd edib ki, sözügedən bölgədə tapılan neft cari ilin sonunda tələbatın 20 %-ni qarşılayacaq.

Eyni zamanda, Bayraktar Türkiyədə alternativ enerjinin inkişafının vacibliyinə də toxunub. “Misal üçün, yanvarın 7-də külək enerjisi ilə elektrik tələbatımızın 28 faizini qarşıladıq”, – nazir vurğulayıb.

Onun fikrincə, binaların damında günəş panelləri quraşdırmaq mümkündür: “İstifadə etmədikləri enerjini sata bilərlər. Elektrik hasil edirsiniz, qurğunuz eyni zamanda depodur, orada ehtiyat toplaya bilərsiniz – hər şey bir-birinə bağlıdır. Bəlkə də, qurğunuzdakı elektriki şəbəkəyə ötürə biləcəksiniz. Proqramlaşdırmanın, süni intellektin iç-içə olduğu bir dünyaya gedirik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar