Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna parlamenti genişmiqyaslı səfərbərliklə bağlı qanun layihəsini hökumətə qaytarıb

Ukraynada genişmiqyaslı səfərbərliyi və uzun müddət döyüşənlərin demobilizasiyasını nəzərdə tutan qanun layihəsinin yeni variantı Ali Radada müzakirə olunmayaraq geriyə, Nazirlər Kabinetinə qaytarılıb.

Ali Radanın mətbuat xidmətindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, hakim Xalqın xidmətçisi partiyasından olan deputatlar qanun layihəsini hazırkı ictimai duruma daha da uyğun variantda müzakirəyə çıxarmağın tərəfdarı olublar.

Bu səbəbdən layihə daha da təkmilləşdirilməsi məqsədilə geri Nazirlər Kabinetinə qaytarılıb.

Qeyd edək ki, ötən ilin son aylarında təklif olunan sənəd bu həftə Ali Radaya müzakirə üçün təqdim olunmuşdu.

Sənəddə döyüşlərə çağırış yaşının minimum 27-dən 25-ə endirilməsi, qadınların səfərbərliyə rəsmən cəlb olunması və bir sıra məqamlar var.

Hakim Xalqın xidmətçisi partiyasından deputatlar və prezident Volodimir Zelenski qadınların hərbi səfərbərliyə cəlb olunmasının əleyhinə çıxış edib.

Qanun layihəsi yarım milyon şəxsi heyətin orduya cəlb olunmasını nəzərdə tutur və bunun ardınca Ukraynanın cəbhədə daha ciddi nailiyyətlər üçün addımlar atacağı gözlənilir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar