Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: ABŞ Ukraynanı yarı yolda qoymayacaq...

Müharibə uzansa, Qərbin Ukraynanı meydanda tək qoyacağı iddiaları real ola bilərmi?..

Azər Qasımov: “Rusiyanın Ukraynada etdiyi vəhşiliklər davam edir. Dinc əhaliyə qarşı edilən son hücumları vəhşilikdən başqa heç nə adlandırmaq olmaz”.

“Məcbur qalanda Avropa ölkələri bütün iqtidadiyyatlarını Rusiya kimi müharibəyə kökləyəcəklər”.

Bu sözləri politoloq Azər Qasımov Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Rusiyanın raket hücumundan sonra 26 nəfər mülki şəxs həlak olub , 120-dən çoxu yaralanıb. Demək olarmı ki, Rusiya Ukraynaya qarşı daha da aqressivləşir? Eyni zamanda müharibə uzansa, Qərbin Ukraynanı meydanda tək qoyacağı iddiaları real ola bilərmi? Yaxud da, Qərb Ukraynanı itirilmiş əraziləri ilə barışmağa vadar edib, atəşkəsə məcbur edə bilər?

Qərbin Rusiya-Ukrayna müharibəsindəki indiki rolunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Müharibə Ukraynanın qələbəsi ilə başa çatacaq”.

Avropa ölkələrinin hələ də, Ukraynaya tam gücləri ilə dəstək vermədiklərini vurğulayan politoloq Poliqon-a açıqlamasında bildirib ki, onlar bu işi ABŞ-ın üzərinə atıblar. Özləri də ABŞ-ın arxası ilə sürünürlər:

Rusiyanın Ukraynada etdiyi vəhşiliklər davam edir. Dinc əhaliyə qarşı edilən son hücumları vəhşilikdən başqa heç nə adlandırmaq olmaz. Rusiya bu hücumlarla Ukrayna xalqının əzmini qırmaq istəyir. Onlarda ruh düşkünlüyü yaratmaqla özünün qəddar imicini göstərmək istəyir. Amma zatən rus dövləti və əsgərinin xüsusiyyətlərini hamı yaxşı bilir. Dinc əhaliyə hücum edilməsi zəiflik və əlacsızllq əlamətidir. Rusiya istəyinə nail ola bilmədikdə daha da aqressivləşir.

Müharibənin uzanması durumunda Qərbin Ukraynanı tək qoyacağı fikrinin yanlış olduğunu düşünürəm. Məsələ ondadır ki, Qərb dediyimiz tək ABŞ deyil. Bura Böyük Britaniya, Qərbi Avropa ölkələri də aiddir. Ən azı Böyük Britaniya bu haqda öz sözünü deyib və sona kimi Ukraynanı dəstəkləyəcəyini bildirib.

Azər Qasımov: “Kim razı olsa da, Ukrayna xalqı öz torpaqlarının itirilməsi ilə razılaşmayacaq. Odur ki, atəşkəsə məcbur etmək, işğalla barışmaq məsələsi olmayacaq”.

ABŞ olmasa belə, Avropa ölkələri Ukraynanı dəstəkləmək gücündədir. Doğrudur, bunun mümkünsüzlüyünü iddia edən qüvvələr var, amma Avropa ölkələri hələ də, Ukraynaya tam gücləri ilə dəstək vermirlər. Onlar bu işi ABŞ-ın üzərinə atıblar. Özləri də ABŞ-ın arxası ilə sürünürlər. Məcbur qalanda Avropa ölkələri bütün iqtidadiyyatlarını Rusiya kimi müharibəyə kökləyəcəklər. Onda Ukraynaya həqiqi dəstək verəcəklər. Kim razı olsa da, Ukrayna xalqı öz torpaqlarının itirilməsi ilə razılaşmayacaq. Odur ki, atəşkəsə məcbur etmək, işğalla barışmaq məsələsi olmayacaq.

Hesab edirəm ki, ABŞ da Ukraynanı yarı yolda qoymayacaq. Müharibə Ukraynanın qələbəsi ilə başa çatacaq. Təbii ki, başa çatması nisbi anlayışdır, çünki Rusiya da sakit dayanmır. Müharibədə əsaslı dönüş nöqtəsi Krımın alınması ola bilər. Ukrayna ordusu ilin əvvəlində əks hücüm taktikasında səhvə yol verdi. Bütün güc Krımın alınmasına yönəlməli idi ki, indi bunu etiraf edirlər. Odur ki, Ukraynanın qələbəsi hələ irəlidədir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar