Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentina vaxta qənaət etmək üçün BRICS-dən imtina edib

Argentinanın xarici işlər naziri Diana Mondino bildirib ki, ölkə hökuməti BRICS-ə qoşulmaqdan imtina edərkən, digər məsələlərlə yanaşı, ideoloji mülahizələri də rəhbər tutub...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, bu qərar həm də Argentina hakimiyyətinə vaxt qənaət etmək imkanı verəcək.

Xanım Mondino bu barədə assosiasiyaya üzv olmaqdan imtinanın ideoloji və ya praktiki qərar olduğu barədə sualı cavablandırarkən danışıb. "Hər ikisi, lakin əsasən praktikdir", deyə nazir bildirib.

Argentina Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, BRICS-ə qoşulmaqdan imtina etmək, ilk növbədə vaxtdan istifadənin optimallaşdırılmasıdır: "Bütün təşkilatlarda iştirak edirsinizsə, onda nə vaxt işləməlisiniz?".

Avqust ayında Yohannesburqda keçirilən BRICS sammitində Argentina, Misir, İran, Efiopiya, BƏƏ və Səudiyyə Ərəbistanının 2024-cü ildən təşkilata üzv olmağa dəvət edildiyi açıqlanıb. Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley vəzifəyə başlamazdan əvvəl də BRICS-ə qoşulmaq əleyhinə çıxış edib. Dünən, dekabrın 29-da cənab Miley təşkilata qoşulmaq dəvətindən rəsmən imtina edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar