Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Rusiya Ermənistanın nazıyla oynayır...

KTMT-ni boykot edən və bu blokun son iclasının qəararlarını hələ də imzalamayan Paşinyan Rusiyadan və Aİİ üzvü olan digər ölkələrdən ucuz enerji tələb edir...

Azər Qasımov: “Dünənə kimi Rusiyanı qəbul etməyib Qərbə inteqrasiyadan danışan Paşinyan bu gün ondan ucuz qaz istəyir”.

Ermənistan-Aİİ arasında münasibətlər məcburiyyətdən doğur”.

Bu sözləri politoloq Azər Qasımov Ermənistan Baş nazirinin Avrasiya İqtisadi İttifaqnının iclasındakı çıxışını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Baş naziri Nikol Paşinyan dünən Rusiyaya səfərə gedib və Avrasiya İqtisadi İttifaqnının iclasında işrirak edib. Çıxışında Paşinyan Aİİ çərçivəsində enerji resurların bazarının stimullaşdırılmasından danışıb. Yəni KTMT-ni boykot edən və bu blokun son iclasının qəararlarını hələ də imzalamayan Paşinyan Rusiyadan və Aİİ üzvü olan digər ölkələrdən ucuz enerji tələb edir.

Bu fonda Ermənistan-RusiyaErmənistan-Aİİ arasındakı münasibətləri necə dəyərləndirmək olar?

Ermənistanın apardığı ikilioyun siyasətini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ermənistanın Rusiyadan qaz almaqdan başqa real partnyoru yoxdur”.

Ermənistan Rusiya ilə münasibətdə özünü ərköyün uşaq kimi apardığını vurğulayan politoloq Poliqon-a bildirib ki, Paşinyan başa düşür ki, Rusiyaya nə qədər naz etsələr də, Moskva onlardan əl çəkməyəcək:

Ermənistan Baş naziri Paşinyan əsl erməni sifətini göstərir. Dünənə kimi Rusiyanı qəbul etməyib Qərbə inteqrasiyadan danışan Paşinyan bu gün ondan ucuz qaz istəyir. Bu, əsl erməni ikiüzlüyüdür. Təbii ki, Paşinyan Rusiyanı yaxşı tanıyır. Başa düşür ki, Rusiyaya nə qədər naz etsələr də, Moskva onlardan əl çəkməyəcək.

Ermənistan-Aİİ arasında münasibətlər məcburiyyətdən doğur. Ermənistanın başqa çıxış yolu yoxdur. Ermənistanın Rusiyadan qaz almaqdan başqa real partnyoru yoxdur. Digər mənbələr isə bahalıdır. Ermənistan Rusiya ilə münasibətdə özünü ərköyün uşaq kimi aparır. Rusiya da onun böyüyü kimi Ermənistanın nazı ilə oynayır. Rusiya da yaxşı bilir ki, Ermənistanın etdikləri ərköyünlükdəndir. Odur ki, onun etdiklərinə göz yumur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Ən çox oxunanalar