Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail XİN BMT əməkdaşlarına viza verməkdən imtina edib

İsrail XİN BMT əməkdaşlarına viza verməkdən imtina edib...

APA xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Eli Kohen "X" hesabında bildirib.

"BMT-nin riyakarlığı qarşısında daha səssiz qalmayacağıq! Mən Xarici İşlər Nazirliyini qurumun əməkdaşlarından birinin İsraildə viza müddətinin uzadılmasına, digər əməkdaşın viza tələbinə rədd cavabının verilməsi barədə təlimatlandırdım", - İsrail xarici işlər naziri paylaşımında bildirib.

O qeyd edib ki, oktyabrın 7-də baş verənlərlə bağlı "BMT-nin davranışı təşkilat və beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır".

Eli Kohen BMT Baş katibini "müharibə cinayətlərini və bəşəriyyətə qarşı cinayətləri qanuniləşdirməkdə", BMT-nin İnsan Haqları üzrə Komissarını "əsassız iftiralar dərc etməkdə” günahlandırıb.

İsrail xarici işlər naziri əlavə edib ki, BMT həmçinin İsrail qadınlarına qarşı törədilən zorlama aktlarına iki ay diqqət verməyib.

"HAMAS terror təşkilatının təbliğatı ilə əməkdaşlıq edənlərlə işi dayandıracağıq", - Eli Kohen qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar