Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Premyer Liqa: “Neftçi” və “Qarabağ” qış fasiləsinə qələbə ilə yollanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub...

APA xəbər verir ki, ilin son turu iki oyunla tamamlanıb.

Əvvəlcə "Neftçi" və "Kəpəz" komandaları meydana çıxıblar. "Neftçi Arena"da keçirilən görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 8-ci dəqiqədə Azər Salahlı və 71-ci dəqiqədə Andre Şinyaşiki fərqləniblər.

Günün digər matçında "Zirə" ilə "Qarabağ" üz-üzə gəlib. Zirə Olimpiya İdman Kompleksində baş tutan matç "köhlən atlar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qonaqların qoluna 30-cu dəqiqədə Olavio Juninyo imza atıb.

Bu nəticələrdən sonra xallarını 41-ə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. "Zirə" 29 xalla 2-ci, "Neftçi" 25 xalla 3-cü sırada qərarlaşıb. "Kəpəz" isə 14 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" "Sabah"ı, "Sumqayıt" "Səbail"i 1:0, "Turan Tovuz" isə "Araz-Naxçıvan"a 3:1 hesabı ilə məğlub edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar