Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq rektor Seymur Talıbovu məhkəməyə verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov barəsində məhkəmə iddiası qaldırılıb...

Yeniavaz.com xəbər verir ki, Seymur Talıbov barəsində məhkəmə iddiası Naxçıvan Universitetinin sabiq rektoru, Naxçıvan Ali Məclisinin keçmiş deputatı İsmayıl Əliyev tərəfindən qaldırılıb.

İddia ilə bağlı növbəti hazırlıq iclası Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə yanvar ayının 18-də keçiriləcək. Daha əvvəl 3 dəfə hazırlıq iclası təyin olunsa da məhkəmə baş tutmayıb.

Bildirilir ki, iddia müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə qaldırılıb.

Məlumat üçün bildirək ki, sabiq rektor Seymur Talıbovla bərabər Məmmədov Hüseyn Yaşar oğlu barəsində də iddia qaldırıb.

Hüseyn Yaşarov bu ilin əvvəlində Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Naxçıvan Bank” ASC-nin səhmlərinin 63,66%-ni onlardan satın alıb.

Barəsində iddia qaldırılan Seymur Talıbov eyni zamanda “Naxçıvan” Universitetinin təsisçisi olub.

Bu ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.

Seymur Talıbov və Hüseyn Yaşarovu məhkəməyə verən İsmayıl Əliyev 1950-ci ildə anadan olub. Pedaqogika elmləri doktoru olan İsmayıl Əliyev 20 il - 1999-2019-cu illərdə “Naxçıvan” Universitetinin rektoru olub. İsmayıl Əliyev eyni zamanda 2000-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ən çox oxunanalar