Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov: "Kapital mövqeyimiz güclüdür"

Azərbaycan kapitala malik ölkədir və kapital mövqeyimiz güclüdür.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Biz hər il ticarət balansında əhəmiyyətli məbləğdə profisit qeydə alırıq. Bu da təbiidir. Azərbaycan hökumətinin siyasəti ondan ibarətdir ki, ölkəyə sərmayə qoymaq yerli və xarici tərəfdaşlarla birlikdə kapital riskləri bölüşdürülsün. Biz buna hazırıq, bunun üçün alətlərimiz mövcuddur. İstənilən sənaye məhsulu enerji qaynaqlarının mövcudluğuna bağlıdır. Bu baxımdan da Azərbaycan çox uğurlu bir seçimdir. Azərbaycanın enerji ehtiyatları və həyata keçirdiyi tarif siyasəti ideal imkan yaradır ki, sənaye istehsalının ölkəmizdə qurulması cəlbedici olsun", - deyə o qeyd edib.

"Azərbaycanın açıq dənizə çıxışı yoxdur. Bu, istənilən sənaye məhsulunun istehsalçısı üçün rəqabətdə müəyyən çatışmazlıq yaradır. Bunun qarşısını almaq üçün hökumət olaraq həm nəqliyyat xərclərinin qarşılanmasını, həm tarif siyasətinin tənzinlənməsini, həm əsas bazarlarda mövqelərin kommersiya şəklində götürülməsini təmin edirik. Başqa sözlə, hər zaman hədəfləyirik ki, Azərbaycanda istehsal edilən məhsulun ixrac edilməsi üçün həmin çatışmazlıqları aradan qaldıraq. Buna əmin ola bilərsiz", - deyə nazir əlavə edib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar