Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB-in səlahiyyətləri artırılıb

Epidemik göstərişlərə görə profilaktik peyvəndləmə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən aparılacaq.

Poliqon xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması müddəti və Qaydası”nda, “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”də və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Belə ki, dəyişikliyə əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılır.

Əvvəlki qaydaya görə, bu istiqamətdə profilaktik peyvəndləmə aparmaq səlahiyyəti olan qurumların siyahısında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də vardı. Dəyişiklikdən sonra bu səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən alınaraq TƏBİB-ə verilib.

Poliqon.info 


Etiket: Əli Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Ən çox oxunanalar