Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni ekspertlər üçün “Böyük Etmənistan” xülyası ədalətli sülh anlamına gəlir?

Erməni ekspertlərin mütləq əksəriyyəti deyirlər ki, Ermənistan zəif olduğundan sülh sazişi onların xeyrinə olmayacaq...

Samir Hümbətov: “Erməni ekspertlər Ermənistanın milli maraqlarından daha çox Rusiyanın və Qərbin maraqlarını güdürlər”.

“Təbii ki, sülh müqaviləsi imzalanandan orada AzərbaycanErmənistan olmayacaq. Böyük ehtimalla müqavilənin ttəminat altına alınmasında Rusiya, ABŞ, Avropa İttifaqının, Türkiyənin, İranın və digər dövlətlərin nümayəndələri, hətta gözləyirəm ki, Gürcüstanın nümayəndəsi də qonşu dövlət kimi olacaq”.

Bu fikirləri politoloq Samir Hümbətov erməni ekspertlərinin mütləq əksəriyyətinin sülhlə bağlı olan fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, erməni ekspertlərin mütləq əksəriyyəti bu fikirdədir ki, Ermənistan zəif olduğundan sülh sazişi onların xeyrinə olmayacaq və Azərbaycan sülh sazişinin bəndlərini yerinə yetirməyəcək. Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan və Türkiyənin məqsədi Ermənistanı tədricən zəiflətmək və vassal dövlətə çevirməkdir.

Erməni ekspertləri niyə Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasını istəmirlər? Onlar güclü Ermənistan deyərkən nəyi nəzərdə tuturlar və Azərbaycanla sülh sazişinin yerinə yetirilməməsi üçün hansısa ədalətsiz əsaslar mövcuddurmu? Yoxsa ki, ermənilər üçün “Böyük Etmənistan” xülyası ədalıtli sülh anlamına gəlir?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Bu ekspertlər açıq şəkildə demək istəyirlər ki, əgər Azərbaycanla Ermənistan arasında birbaşa dialoq qurularsa və birbaşa əlaqələr qurulub sülh müqaviləsi imzalanacaqsa, burada artıq üçüncü tərəflərin, istər ABŞ, İstər Rusiya, istərsə də Avropa İttifaqının maraqları təmin olunmayacaq”.

Burada əsas məqsədin qeyd edilən tərəflərin istəklərinin oraya daxil edilməməsinin narahatlığı olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, narahatlıq olsa da, olmasa da biz Ermənistanla sülh müqaviləsi bağlamalıyıq və bağlayacağıq da:

“Həmin fikirləri səsləndirən ekspertlərə baxsaq, biz görəcəyik ki, onlar daha çox Rusiya və Qərbyönlü ekspertlərdirlər. Yəni onlar Ermənistanın milli maraqlarından daha çox Rusiyanın və Qərbin maraqlarını güdürlər. Bu ekspertlər açıq şəkildə demək istəyirlər ki, əgər Azərbaycanla Ermənistan arasında birbaşa dialoq qurularsa və birbaşa əlaqələr qurulub sülh müqaviləsi imzalanacaqsa, burada artıq üçüncü tərəflərin, istər ABŞ, İstər Rusiya, istərsə də Avropa İttifaqının maraqları təmin olunmayacaq. Əslində onlar özlərinin deyil, həmin dövlətlərin fikir və istəklərini ifadə edirlər.

Azərbaycan əvvəldən şərtlərini açıq şəkildə elan edib. Azərbaycan beş şərt irəli sürüb və bildirib ki, bu şərtlər yerinə yetirilsin, sülh müqaviləsi imzalansın, icra edilsin. Xatırladım ki, beynəlxalq hüququn işlənmə qaydası var. Bu qaydalar da, Azərbaycan yaxud da Ermənistan tərəfindən yazılmayıb. Bu qaydalar BMT tərəfindən nəzərdə tutulmuş və icrası praktiki olaraq həyata keçirilmiş qaydalardır.

Samir Hümbətov: “Əslində erməni ekspertlər özlərinin deyil, həmin dövlətlərin fikir və istəklərini ifadə edirlər”.

Təbii ki, sülh müqaviləsi imzalanandan orada AzərbaycanErmənistan olmayacaq. Böyük ehtimalla müqavilənin təsdiq edilməsində Rusiya, ABŞ, Avropa İttifaqının, Türkiyənin, İranın və digər dövlətlərin nümayəndələri, hətta gözləyirəm ki, Gürcüstanın nümayəndəsi də qonşu dövlət kimi olacaq. Bu olanda həmin güc mərkəzləri istər-istəməz tərəflərin hansısa birinin imzalanmış müqavilənin icra etməməsinə qarşı bir təzyiq mexanizmi həyata keçirə bilərlər.

Burada çəkinəcək hər hansısa bir niyyət yoxdur. Sadəcə olaraq, burada əsas məqsəd qeyd etdiyim tərəflərin istəklərinin oraya daxil edilməməsi narahatlığıdır. Amma narahatlıq olsa da, olmasa da biz Ermənistanla sülh müqaviləsi bağlamalıyıq və bağlayacağıq da. Ermənistan da bu sülh müqaviləsinin şərtlərini icra edəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar