Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ədalət Ordusu” İranı lərzəyə saldı - Video

Dünən, dekabrın 15-də İranın Sistan və Bəluçistan əyalətində yerləşən Rask şəhərindəki polis bölməsinə silahlı hücum nəticəsində 12 polis əməkdaşı həlak olub, azı səkkiz nəfər yaralanıb.

“Azad İran” “YouTube” kanalı xəbər verir ki, İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Məcid Mirəhmədinin verdiyi məlumata görə, hadisə cümə günü gecə saat 2-də baş verib və bu zaman 10 silahlı şəxs Raskdakı polis bölmələrindən birinə hücum edib.

Hücumçular yerli qüvvələrə kömək gəlməsinin qarşısını almaq üçün həmin əraziyə göndərilən qoşunların yolunda pusqu da qurublar.

Bu hücuma görə məsuliyyəti “Ceyşül-Ədl”, yəni “Ədalət Ordusu” adlanan qruplaşma öz üzərinə götürüb. 

2012-ci ildə yaranmış və əsasən etnik bəluçlardan ibarət bu təşkilat İran rejiminə qarşı silahlı mübarizə aparır.

O, özünü İrandakı bəluç sünni azlığın İran hakimiyyəti tərəfindən tapdanan haqlarının müdafiəçisi kimi təqdim edir, həmçinin İranın Suriyadakı Bəşər Əsəd rejimini dəstəkləməsinin əleyhinə çıxır.

Poliqon.info 


Etiket: Ədalət Ordusu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar