Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İsrailin HƏMAS üzərində qələbəsi tam qələbə olmayacaq...

İsrailin Baş Qərargah rəis deyib ki, Qəzza zolağında HƏMAS-ın idarəetmə sistemi çökməyə başlayıb...

Turan Rzayev: “İsrailin başlatdığı anti-terror əməliyyatları fonunda HƏMAS-a həqiqətən də ciddi zərbələr vurulub”.

“İsrail Qəzzada HƏMAS-ı məğlub etsə də, HƏMAS-ın ölkə xaricində məğlub edilməsi bir qədər çətin görünür”.

Bu sözləri politoloq Turan Rzayev İsrail-HƏMAS müharibəsinin indiki mərhələsini Poliqon-a şərh edərkən qeyd edib.

İsrailin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib ki, Qəzza zolağında HƏMAS-ın idarəetmə sistemi çökməyə başlayıb. Halevi bildirib ki, hər gün daha çox terrorçunun öldürüldüyü, daha çox terrorçunun yaralandığını müşahidə olunur. Son günlərdə isə terrorçuların təslim olmasını görürük. Eyni zamanda ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud da deyib ki, Amerika Qəzza zolağında dərhal atəşkəs çağırışlarını dəstəkləmir, çünki bu, növbəti müharibənin toxumlarını səpəcək.

Bəs İsrailin HƏMAS-ı tamamilə məhv etmək imkanları varmı? Ümumiyyətlə, Qəzzada HƏMAS-ın hakimiyyətinə son qoymaq mümkün olacaq?

İsrail-HƏMAS müharibəsində baş verənləri Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İsrailin HƏMAS-a qarşı başlatdığı anti-terror əməliyyatları uğurla davam edir və yekunda da Qəzzadakı əməliyyatların İsrailin leyhinə bitəcəyini demək olar”.

İsrailin niyyətinin Qəzzanın işğal etməkolduğunu düşünməyən politoloq Poliqon-a bildirib ki, Qəzzadakı siyasi idarəetmənin Fələstin Adminstrasiyasına veriləcəyi böyük ehtimalla mümkündür:

“İsrailin başlatdığı anti-terror əməliyyatları fonunda HƏMAS-a həqiqətən də ciddi zərbələr vurulub. Xüsusilə də, HƏMAS-ın güvəndiyi yeraltı tunellərin İsrailin əməliyyatlar keçirməsi və həmin tunellərə su verilməsi kimi taktikadan istifadə etməsi HƏMAS-ın geri addım atmasına gətirib çıxara bilər. Kifayət qədər canlı qüvvə və texnika itirən HƏMAS heç şübhəsiz ki, təslim olmağa doğru gedir.

Amma belə bir məsələ var ki, idarəetmədə yalnız Qəzza bölgəsində boşluq yaranıb. Yəni HƏMAS-ın əsas idarəetmə sistemi Qəzzada deyil, ölkə xaricindədir. Söhbət Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən gedir. İsrailin bu ərazilərdə əməliyyat keçirməsi mümkün deyil. Bu həm də ondan xəbər verir ki, İsrail Qəzzada HƏMAS-ı məğlub etsə də, HƏMAS-ın ölkə xaricində məğlub edilməsi bir qədər çətin görünür.

Belə olan təqdirdə də, İsrailin qələbəsini tam qələbə adlandırmaq olmaz. Amma bütün bunlara baxmayaraq İsrailin HƏMAS-a qarşı başlatdığı anti-terror əməliyyatları uğurla davam edir və yekunda da Qəzzadakı əməliyyatların İsrailin leyhinə bitəcəyini demək olar.

Onu da qeyd edim ki, İsrailin niyyətinin Qəzzanın işğal olunması olduğunu düşünmürəm. Qəzzadakı siyasi idarəetmənin Fələstin hökumətinə veriləcəyi böyük ehtimalla mümkündür. Lakin bununla belə hərbi idarəetmə bir müddət İsrailin hərbiçilərində ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırılıb

Ölkəyə qanunsuz gətirilən külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

Ən çox oxunanalar