Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov GUAM XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edib - Yenilənib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak və çıxış edib...

Bu barədə Poliqon-a XİN-dən məlumat verilib.

XİN başçısı dünyada, o cümlədən GUAM regionunda mövcud təhlükəsizlik problemləri fonunda, Təşkilatın dayanıqlı sülh quruculuğu və inkişaf istiqamətində mühüm platforma rolu oynaya biləcəyini qeyd edib. Bu istiqamətdə, ortaq öhdəliklərə, habelə beynəlxalq hüquq normalarına hörmətin vacibliyi vurğulanıb.

C.Bayramov Ukrayna ətrafındakı vəziyyətin beynəlxalq hüquq normaları, o cümlədən Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib.

2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədrlik edəcəyini diqqətə çatdıran nazir ölkəmizin sədrliyi dövründə Təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Xüsusilə, region ölkələrinin nəqliyyat və bağlantılar sahəsində potensialından istifadə edilməsinin, bu istiqamətdə GUAM Nəqliyyat Dəhlizi layihəsinin irəlilədilərək Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsinə çevrilməsinin vacibliyi vurğulanıb.

Növbəti ildə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə COP29 çərçivəsində GUAM-ın tədbirinin də təşkil edilməsinin nəzərdə tutulduğu bildirilib.

Postmünaqişə dövründə Cənubi Qafqaz regionunda sülh və inkişaf üçün tarixi fürsətin yarandığını qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsinin sülh prosesi gedişatında vacib inkişaflardan biri olduğunu qeyd edib.

Ölkəmizin bərpa-quruculuq və sülh səyləri barədə geniş məlumat verilib.

Görüş zamanı həmçinin 2024-cü il üçün GUAM-ın sədrliyinin Azərbaycana keçməsi, GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar təsdiq olunub.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfər çərçivəsində Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak və çıxış edib.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Nazir Azərbaycanın 2024-cü ildə GUAM-da sədrliyə baxışı və təşkilat çərçivəsində əməkdaşlığın perspektivlərindən danışıb.

XİN başçısı mövcud geosiyasi vəziyyət fonunda beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyini vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

Ən çox oxunanalar