Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi ölkələr Türkiyəyə silah tədarükünə tətbiq etdiyi gizli embarqonu aradan qaldırıb

ABŞ Ankaraya F-16 qırıcılarının satışına dair razılaşmanı təsdiq edərsə, Türkiyə İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Finlandiya və İsveçin üzvlük məsələsi gündəmə gələndən sonra bu məsələdə pərdəarxası müsbət nəticələr əldə edildiyi barədə şayiələr dolaşır.

Hökumət dairələrinə yaxın qəzet köşə yazarı Abdulkadir Selvi bəzi ölkələrin Türkiyəyə silah tədarükünə tətbiq edilən gizli embarqonun aradan qaldırıldığını bildirib.

Yazar qeyd edir ki, İsveçin müraciətini təsdiqləmək Türkiyə üçün problem deyil və bütün məsələ ABŞ-ın etibarsızlığıdır. Abdulkadir Selvi hesab edir ki, bu inam yaranarsa, İsveçin yolu açılacaq.

Dekabrın 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya müraciətinin ratifikasiya prosesini başa çatdırmaq üçün ABŞ-dan F-16 qırıcıları tədarük edəcəyini gözlədiyini bildirib. Hələlik İsveçin Alyansa üzvlüyünü yalnız Türkiyə və Macarıstan ratifikasiya etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar