Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa ölkələri bu il 100 dəfədən çox Rusiyaya ekstradisiyadan imtina edib

11 ay ərzində Avropa ölkələri Rusiya Federasiyası Baş Prokurorluğunun cinayət təqibi və ya hökmün icrası üçün şəxslərin ekstradisiyası ilə bağlı 101 müraciətindən imtina edib. Eyni zamanda, rədd edilmiş 36 müraciət siyasi səbəblərdən olub.

Poliqon xəbər verir ki, bu barədə "Nastoyastchee vremya" məlumat yayıb.

Qeyd edilir ki, Avstriya (6 sorğu), Almaniya və Çexiya (hər biri 5 sorğu) ən çox siyasi səbəblərə görə Rusiyaya ekstradisiyadan imtina ediblər. Siyasi səbəblərə görə təqib edilən rusların ekstradisiyası ilə bağlı müraciətlər həmçinin Polşa (4 imtina), İtaliya və Kipr (hər birində 3 imtina), Bolqarıstan və Sloveniya (hər biri 2 imtina), Albaniya, Rumıniya, İsveçrə və İsveç (hər birindən 1 imtina) tərəfindən rədd edilib.

Rusiya Federasiyası Baş Prokurorluğunun müəyyən etdiyi kimi, xarici dövlətlər tərəfindən ekstradisiyadan imtina ən çox adam öldürməkdə, sağlamlığa zərər vurmaqda, Rusiya Federasiyasında terror təşkilatı kimi tanınan təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olunan şəxslərə aiddir.

Rusiyaya ekstradisiyadan imtina ilə yanaşı, 37 dəfə hüquqi yardımdan imtina olunub. Ən çox İsveçrə imtina edib (25 hal). Eyni zamanda, Lixtenşteyn Rusiya Baş Prokurorluğuna "Probiznesbank"ın mənimsənilməsi işi kontekstində hüquqi yardım göstərməyib, çünki o, ittihamın motivini siyasi hesab edir.

ABŞ-ın yardımdan imtina etməsi ilə bağlı iki hal da olub ki, onlardan biri Rusiya ordusu haqqında "saxta məlumat yaymaq" işi ilə bağlıdır. Bolqarıstan Krım körpüsünün partladılması ilə bağlı Rusiyaya kömək etməkdən imtina edib.

Ümumilikdə 2023-cü ilin 11 ayında 126 vətəndaş Rusiyaya ekstradisiya edilib. Onların 1/3-dən çoxu uzaq xaric adlanan ölkələrdən ekstradisiya olunub (Rusiya SSRİ-nin tərkibində olmayan ölkələri belə adlandırır). Xarici dövlətlər Rusiya Federasiyasının cinayət işləri üzrə hüquqi yardımla bağlı 293 müraciətindən 195-ni təmin edib.

Poliqon.info


Etiket: Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar