Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Boliviyadakı keçmiş səfiri Kubaya casusluq etdiyi üçün həbs edilib

ABŞ-ın Boliviyadakı keçmiş səfiri Manuel Roça “Kuba hökumətinin agenti kimi gizli işləmək” ittihamı ilə həbs edilib...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi mənbələrinə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, 73 yaşlı Roça dekabrın 1-də Mayamidə həbs edilib.

Agentliyin mənbələrindən biri deyib ki, Roça “Kuba hökumətinin maraqlarını təşviq etmək”də ittiham olunur. Qanuna görə, ABŞ-da xarici hökumət və ya təşkilat üçün siyasi tapşırıqlar yerinə yetirən bütün vətəndaşlar Ədliyyə Departamentində qeydiyyatdan keçməlidirlər.

Həyat yoldaşı onun həbs olunduğu iddiası ilə bağlı şərh verməkdən imtina edib. İşlə bağlı daha ətraflı məlumat bu gün, dekabrın 4-də keçiriləcək məhkəmə iclasında verilməlidir.

Manuel Roça 1997-2000-ci illərdə ABŞ-ın Argentinadakı səfiri vəzifəsində çalışıb, bundan sonra Boliviyaya səfir təyin edilib. AP-nin məlumatına görə, o, vəzifəsində Boliviyada 2002-ci il prezident seçkisinə birbaşa müdaxilə edib. Səsvermədən bir neçə həftə əvvəl o, Evo Moralesi prezident seçəcəyi təqdirdə Cənubi Amerika ölkəsinə ABŞ-ın yardımının kəsəcəyi barədə xəbərdar edib.

Roça İtaliya, Honduras, Meksika və Dominikan Respublikasında işləyib, həmçinin ABŞ Milli Təhlükəsizlik Şurasında Latın Amerikası üzrə ekspert olub. Təqaüdə çıxdıqdan sonra o, bizneslə məşğul olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar