Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə naziri: "Büdcə layihəsində bəzi korrektələrə ehtiyac yaranıb"

Azərbaycanda yeni yaradılan rayonla əlaqədar 2024-cü ilin dövlət büdcəsinin layihəsində bəzi korrektələrə ehtiyac yaranıb.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

"İlk növbədə Ağdərə rayonunun yaradılması ilə əlaqədar onun adı büdcə layihəsinin 5-ci maddəsinə əlavə ediləcək", - deyə o qeyd edib.

Bundan başqa, meliorasiyaya ayrılan vəsait 7,3 milyon manat azaldılacaq, müvafiq olaraq həmin vəsait elm xərcləri bölməsinə əlavə ediləcək. Bununla yanaşı cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə ehtiyac var. Bakının yerli xərclərinin 2,3 milyon, Laçının yerli xərclərinin isə 100 min manat artırlması nəzərə alınacaq", - deyə nazir əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, büdcədə parlamentin və onun aparatının saxlanılması üçün ayrılan vəsait artırılıb: "Milli Məclisə ayrılan vəsaitin 252.5 min manat artırılması nəzərdən keçirilib və həllini tapıb".

Xatırladaq ki, büdcədə Milli Məclisin və onun aparatının saxlanılması üçün 50,919 milyon manat vəsait nəzərdə tutulmuşdu. Xərclər smetasının ümumi dəyərinin 75,1 %-ni əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.

Poliqon.info 


Etiket: Samir Şərifov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar