Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmək hüquqlarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir

Bakıda işçilərin iş saatını az göstərən hazırlıq kursu ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşların əmək hüquqlarının pozulmasına dair daxil olmuş müraciətlər üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.

Araşdırmalar zamanı “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işə cəlb edilməsi, “ABB Limited” Şirkətinin nümayəndəliyinin vəzifəli şəxsləri tərəfindən isə işçilərin əmək haqqının azaldılması məqsədilə iş saatlarının faktiki olduğundan daha az göstərilərək rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Cinayət təqibindən kənar icraatlar idarəsində Cinayət Məcəlləsinin 162.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanaraq istintaq olunması üçün aidiyyəti üzrə müvafiq rayon prokurorluqlarına göndərilib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Ən çox oxunanalar