Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada deputatlar sanksiya qorxusundan Duma iclaslarına qatılmır

Həmin deputatlar mandatdan məhrum edilə bilərlər..

"Rusiya Liberal Demokrat Paetiyasından (LDPR) olan iki deputat - Boris Paikin və Yuri Napso iclaslara gəlmədiyinə görə mandatlarından məhrum edilə bilər. Bu davranış onların özlərini sanksiyalara məruz qoymaq istəməmələri ilə izah olunur".

Poliqon xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Minçenko deyib.

"İstisna etmirəm ki, iş adamlarından söhbət gedəndə deputatlar səsvermə yolu ilə özlərini sanksiyalara məruz qoymaq istəmirlər. Anladığım kimi, onların əksəriyyəti artıq bəzi siyahılardadır. Amma hər kəsin fərqli hekayələri var", deyə ekspert qeyd edib.

Minçenko mandatlarını itirmək riski ilə üzləşən deputatları kommersant adlandırıb və qeyd edib ki, LDPR onun siyahılarında iri biznesmenlərin olması ilə xarakterizə olunur. İndi onun fikrincə, partiya artıq öz imicini itirməkdədir.

"Bu elə də böyük problem deyil, siyasi səbəblərə görə onlar siyahıda yoxdur. LDPR sədri Leonid Slutski tamamilə sistemli bir şəxsdir, onun bu gün istənilən siyasi fəaliyyəti hakimiyyətdəki partiya ilə əlaqələndirilir", deyə Minçenko əlavə edib.

B gün Paikin və Napsonun mandatlarından məhrum edilməsi planları barədə məlum olub, bu, onların Duma iclaslarında uzun müddət iştirak etməmələri ilə izah edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

Ən çox oxunanalar