Türkiyənin "Kasımpaşa" komandasının baş məşqçisi Kemal Özdeş istefa verib.
Poliqon.info "report"a istinadən bildirir ki, 53 yaşlı mütəxəssis ötən gün "Konyaspor"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra vəzifəsindən ayrılıb.
Qeyd edək ki, 2016-cı ildə də İstanbul təmsilçisinə rəhbərlik etmiş Kemal Özdeş cari ilin aprelində yenidən komandaya qayıtmışdı.
Poliqon.info