Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın və Fransanın proqnozlarına rəğmən Bakı və İrəvan yeni müharibəni önləyə biləcəklərmi?

Azərbaycan XİN-in Ermənistana iki ölkə arasında şərti dövlət sərhədində demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı təklifinə İrəvandan müsbət cavab gəlib...

Politoloq: “Bu gün Azərbaycan tərəfindən Ermənistana müvafiq xəritələr əsasında sərhədlərin müəyyənləşməsi istiqamətində dəfələrlə çağırışların edilməsindən sonra nəhayət Ermənistan buna hazırkı məqamda cavab verib”.

“Düşünürəm ki, sərhədboyu ərazilərdə təhlükənin yaranmaması tərəflərdən asılıdır”.

Bu sözləri politoloq Xəyal Bəşirov AzərbaycanErmənistan arasında razılaşdırılan demarkasiya komissiyasının iclasının keçirilməsi məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan XİN-in Ermənistana iki ölkə arasında şərti dövlət sərhədində demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı təklifinə İrəvandan müsbət cavab gəlib. Aydın məsələdir ki, görüşün alınmamasında maraqlı olan qüvvələr də var. Xüsusilə, bu qüvvələrin süni maneələri nəticəsində sülh yubanır. O da məlumdur ki, regionu qarışdırmaq istəyən beynəlxalq güclər sərhəddə genişmiqyaslı döyüşlərin başlamasını gözləyirlər.

Qeyd edək ki. son məlumatlara görə AzərbaycanErmənistan nümayəndələri noyabrın 30-da sərhəddə görüşəcəklər. Lakin bu görüşün nə qədər uğurlu olacağı da hələ sual altındadır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, vasitəçilik adı altında çalışanlar AzərbaycanErmənistan arasında sülhə mane olmaq üçün bütün imkanlarını səfərbər edirlər.

ABŞ-ın və Fransanın proqnozlarına rəğmən AzərbaycanErmənistan yeni müharibəni önləyə biləcəklərmi? Havadarlarının istəklərinə rəğmən yeni müharibəni önləmək üçün Paşinyanın iradə nümayiş etdirmək imkanları varmı?

AzərbaycanErmənistan arasındakı son münasibətləri Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Bizdə belə bir gözlənti var ki, son nəticədə Ermənistan şərti dövlət sərhədində demarkasiya komissiyasının iclasının keçirilməsindən imtina edə bilər”.

Ermənistanın regionda sülhü, sabitliyi istəməyən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması tərəfdarı olmayan qüvvələrin diqtəsi ilə hərəkət etməməli olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, vasitəçilərin qeyri-konstruktiv fəaliyyəti nəticəsində sülh prosesi təhlükə altına düşə bilər:

“Uzun müddətdən sonra Ermənistan tərəfinin hansısa addımına şahid oluruq. Bizdə belə bir gözlənti var ki, son nəticədə Ermənistan şərti dövlət sərhədində demarkasiya komissiyasının iclasının keçirilməsindən imtina edə bilər. Amma hər bir halda əgər bu reallaşacaqsa, bu ondan xəbər verir ki, Azərbaycanla Ermənistan nəhayət, qarşılıqlı şəkildə hansısa bir məsələnin həllini ikitərəfli qaydada müzakirəsini həyata keçirə bilirlər. Bu əslində bur nümunədir.

Bir məqamı da deyim ki, birgə sərhəd komissiyası əslində buna qədər görüş keçirib. Brüssel platforması çərçivəsində görüşlər başlayarkən birgə sərhəd komissiyası yaradıldı və hər iki tərəfdən baş nazirlərin müavinləri komissiyasının sədrləri seçildi. Sərhəddə birgə komissiyanın görüşü də keçirildi. Sadəcə bundan sonra Ermənistanın və Ermənistana dəstək göstərən bəzi qüvvələrin pozuculuq siyasəti nəticəsində proses yarımçıq qaldı.

Bu gün Azərbaycan tərəfindən Ermənistana müvafiq xəritələr əsasında sərhədlərin müəyyənləşməsi istiqamətində dəfələrlə çağırışların edilməsindən sonra nəhayət Ermənistan buna hazırkı məqamda cavab verib. Birgə komissiyanın görüşünün keçirilməsi sərhədlərin delimitasiya və demarkasiyası məsələsini razılaşdıra bilər. Amma bu görüş keçiriləndən sonra tərəflərin üzərinə götürdüyü öhdəlikləri Ermənistanın həyata keçirməsi də sual altındadır.

Xəyal Bəşirov: “İstisna deyil ki, sərhədboyu ərazilərdə Ermənistanın Azərbaycana qarşı atacağı hər bir addıma ölkəmiz layiqli cavab verəcək”.

Avropa Birliyinin missiyasının Ermənistanın təhlükəzsiliyi adı altında Ermənistana yerləşdirilməsi əslində sərhəd boyu ərazilərdə sabitliyin yaranmasından daha çox o ərazilərdə təhlükəli vəziyyətin yaranmasına gətirib çıxarıb. Zaman-zaman bir Qərb ölkələri, Avropa Birliyi tərəfindən Azərbaycana qarşı qərəzli iddiaların şahidi oluruq. Belə fikirlər səsləndirilir ki, Azərbaycan Ermənistana hücum edəcək, Ermənistanın əraziləri üçün təhdid yaradacaq addımlar atacaq. Əslində belə bir məsələ yoxdur və Azərbaycan rəsmiləri bunu dəfələrlə qeyd ediblər.

Düşünürəm ki, sərhədboyu ərazilərdə təhlükənin yaranmaması tərəflərdən asılıdır. Azərbaycanın bu məsələdə hansı mövqe sərgilədiyini hamı bilir. Azərbaycan dəfələrlə deyib ki, bizim Ermənistana ərazi iddiamız yoxdur, müharibə artıq geridə qalıb, biz Ermənistanla sülhə getmək üçün əlimizdən gələni edirik. Bu fikirləri səsləndirən ölkənin hansısa dövlətə hücum edəcəyi fikirləri sadəcə olaraq absurddur.

Ermənistan da bu addımları atmalıdır. Ermənistan regionda sülhü, sabitliyi istəməyən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması tərəfdarı olmayan qüvvələrin diqtəsi ilə hərəkət etməməlidir. Əks təqdirdə biz bu istiqamətdə heç bir uğur əldə edə bilmərik. İstisna deyil ki, sərhədboyu ərazilərdə Ermənistanın Azərbaycana qarşı atacağı hər bir addıma ölkəmiz layiqli cavab verəcək. Buna görə də Ermənistan addımlarını sülh istiqamətində atmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar