Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqner” hava hücumundan müdafiə vasitələrini “Hizbullah”a ötürməyə hazırlaşır

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın özəl hərbi şirkəti “Vaqner” hava hücumundan müdafiə vasitələrini “Hizbullah” və ya İrana ötürməyə hazırlaşır...

Poliqon xəbərb verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, "Vaqner" Rusiya hökumətindən müvafiq göstəriş alıb.

“Biz “Vaqner”in “Hizbullah”a, yoxsa İrana hərbi texnika verib-vermədiyini yaxından izləyəcəyik. Biz bu sabitliyi pozan köçürmələri həyata keçirən Rusiya fiziki və ya hüquqi şəxslərinə qarşı anti-terror sanksiyalarımızı tətbiq etməyə hazırıq”, deyə Kirbi bildirib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü qeyd edib ki, Rusiyanın hava hücumundan müdafiə sisteminin “Hizbullah"a təhvil verilməsində aparıcı rolu Moskvanın İran və onun silah vəkilləri ilə davam edən əlaqələrini əks etdirir və bu münasibətlər Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra güclənib.

Bundan əlavə, Vaşinqtonda İranın Rusiyaya ballistik raketlər verməyə hazırlaşdığına dair narahatlıq var. İran bunu Tehrana səfəri zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyquya nümayiş etdirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Şirvanda silsilə tədbirlərlə qeyd edilib

Ən çox oxunanalar