Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Konqresdəki dinləmələr ABŞ-ın Qarabağla bağlı hansısa planlarının oduğunu nümayiş etdirdi...

ABŞ Konqresində növbəti dəfə Qarabağla bağlı dinləmələr keçirilib...

Siyasi-şərhçi: “Dünənki dinləmələrdə Dövlət Departamenti demək olar ki, ABŞ-ın vasitəçilik missiyasında istifadə etdiyi təklifləri və alətləri tam çılpaqlığı ilə nümayiş etdirdi”.

“Belə şəraitdə düşünmürəm ki, Azərbaycan Vaşinqton platformasından istifadə etsin”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov ABŞ Konqresində Qarabağla bağlı keçirilən dinləmələri Poliqon-a şərh edərkən qeyd edib.

Dünən ABŞ Konqresində növbəti dəfə Qarabağla bağlı dinləmələr keçirilib. Tamamilə erməni tərəfinin mövqeyini ifadə edən bu dinləmələrdə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bir çox fikirlər və tələblər səsləndirilib. Bu tələblərin arasında bir neçə həftə ərzində Azərbaycanla Erməmistan arasın sülh sazişinin imzalanması, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi, onların alternativ sülhməramlılarla əvəz olunması, Zəngəzur dəhlizinin İrandan deyil, məhz Ermənistandan və İrəvanın şərtlərinə uyğun şəkildə keçməsi və s. tələblər var.

Bu tələbləri Azərbaycan üçün nə qədər məqbul hesab etmək olar və belə ultimativ ritorikalar səsləndirən ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmət edirmi? Belə ultimativ tələblərdən sonra ABŞ-ın vasitəçi kimi çıxış etməsinin Azərbaycan tərəfindən qəbul ediləməsi nə qədər doğrudur? Ümumiyyətlə, Azərbaycan-Ermənistan münaqişəsində bitərəf və obyektiv ola bilməyən Qərbin vasitəçiliyindən imtina etmək doğru olmazmı?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Azərbaycan həmin formatlardakı görüşlərə məhz Dövlət Departamentinin birtərəfli yanaşmalarına görə müəyyən dövr ərzində fasilə verəcək”.

Azərbaycan üçün ilk növbədə ən məqbul sayılan Ermənistanla ikitərəfli danışıqların olduğunu xatırladan ekspert Poliqon-a bildirib ki, bütün platformalar artıq öz aktuallığını itirdikdən sonra Ermənistanın da seçimi qalmayacaq:

“Dünənki dinləmələrdə Dövlət Departamenti demək olar ki, ABŞ-ın vasitəçilik missiyasında istifadə etdiyi təklifləri və alətləri tam çılpaqlığı ilə nümayiş etdirdi. Biz burada görürük ki, növbəti dəfə erməni mərkəzli və hətta Paşinyan mərkəzli bir mövqe sərgilənir. Ərazi bütövlüyü məsələsi ancaq Ermənistana şamil edilir, Qarabağla bağlı fikirlər də ona ünvanlanıb ki, bu ərazilər şübhəsiz yenə də Azərbaycan ərazisi kimi tanınmır. Eyni zamanda dünən Konqresdəki dinləmələr Vaşinqtonun Qarabağla bağlı hələ də hansısa planlarının olduğunu nümayiş etdirildi.

Belə şəraitdə düşünmürəm ki, Azərbaycan Vaşinqton platformasından da istifadə etsin. Amma inanmıram ki, Azərbaycan danışıqlarda hər hansısa bir formatdan çıxsın. Yəqin ki, Azərbaycan həmin formatlardakı görüşlərə yanaşmalarına görə müəyyən dövr ərzində fasilə verəcək.

Azərbaycan üçün ilk növbədə ən məqbul sayılan Ermənistanla ikitərəfli danışıqlardır. Bütün platformalar artıq öz aktuallığını itirdikdən sonra Ermənistanın da seçimi qalmayacaq. Buna görə də Ermənistan Azərbaycanla birbaşa danışıqlara getməyə məcbur olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar