Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı şəhid anasını və atasını müalicə aldıqları xəstəxanada ziyarət edib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi, İkinci Qarabağ savaşı Azərbaycanın hərb tarixində və xalqımızın yaddaşında şanlı salnamə kimi hər zaman qürurla xatırlanacaq. 44 günlük müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərməklə yanaşı, eyni zamanda, Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarının xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olduğunu göstərdi. 44 gün davam edən müharibə həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu sübut etdi.

Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə əlillərinə, iştirakçılarına qayğı göstərmək də vətəndaş olaraq hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman nümunə götürülür, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.

Noyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səhhətləri ilə əlaqədar Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Vətən müharibəsi şəhidi leytenant Həməşəyev Qismət Oruc oğlunun anası Tamara Həməşəyevanı və 2020-ci ilin Tovuz döyüşləri zamanı Şəhidlik zirvəsinə yüksələn mayor Namiq Əhmədovun atası Hajan Əhmədovu ziyarət edib. Şəhid anasının və atasının səhhətləri ilə maraqlanan rayon rəhbəri hər zaman olduğu kimi, qayğı göstərmələrini, diqqət ayırmalarını bildirib.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova şəhid anasının və atasının səhhəti barədə məlumat verərək vəziyyətlərinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildirib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Ən çox oxunanalar