Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq təşkilat: "Ermənistan mina istehsal edən ölkədir"

Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Ermənistanın mina istehsal edən ölkə olduğunu qeydə alıb...

"Report" xəbər verir ki, bu, beynəlxalq təşkilatın hazırladığı "Landmine Monitor Report" layihəsində əksini tapıb.

Bildirilib ki, əvvəlki illərdə mina istehsal edən ölkələrin sayı 55-dən 11-ə enmişdi, ancaq Emənistanın da mina istehsalçısı olduğu nəzərə alınmaqla 12 ölkənin mina istehsal etdiyi müəyyənləşib.

Qeyd olunub ki, Azərbaycan minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb: "Rəsmi olaraq bildirilib ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq Ermənistanla sülh müqaviləsinin olmaması, ətrafında olan ölkələrin heç birinin bu Konvensiyaya üzv olmaması və hazırda regionda yaranmış vəziyyət səbəbindən bu Konvensiyaya qoşula bilməyib. Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq, yeni minaların qoyulmasını həyata keçirməyib. Buna baxmayaraq, Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlmiş və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir. Ölkədə minaların təmizlənməsini həyata keçirir, mina təhlükəsinə dair maarifləndirmə proqramları davam etdirilir".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Ən çox oxunanalar