Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Ankara: İsrail və HƏMAS arasında girov danışıqları çox çətin gedir

İsrail və HƏMAS hərəkatı arasında girov danışıqları ilə bağlı vəziyyət tərəflərin barışmaz mövqeyinə görə çox çətindir...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə Türkiyədəki məlumatlı diplomatik mənbə məlumat verib.

Agentliyin həmsöhbəti qeyd edib ki, bu prosesdə fəal vasitəçilik səyləri Qətər tərəfindən həyata keçirilir. Mənbə Ankaranın da tərəflərlə əlaqə saxladığını vurğulayıb.

“HƏMAS İordan çayının qərb sahilində və Qəzza zolağında İsrail tərəfindən həbs edilən fələstinlilərin, ilk növbədə qadınların və uşaqların azad edilməsini tələb edir. İsrailin isə öz fundamental şərtləri var. Proses çox çətindir”, deyə mənbə bildirib.

Noyabrın 12-də HƏMAS hərəkatının Livandakı nümayəndəsi Usamə Həmdan bəyan edib ki, İsrail Qəzza zolağından mülki girovların geri qayıtmasına mane olur. Bu səbəbdən də danışıqlar dalana dirənib.

Reuters Agentliyi noyabrın 13-nə keçən gecə Fələstin rəsmisinin sözlərinə istinadən yazıb ki, HƏMAS Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə bağlı danışıqları dayandırıb. Noyabrın 12-də girovlarla bağlı danışıqlardan xəbəri olan bir fələstinli rəsmi bildirib ki, HƏMAS İsrailin “Əl-Şifa” xəstəxanasına qarşı olan rəftara görə danışıqları dayandırıb. Qəzzanın ən böyük xəstəxanası olan “Əl-Şifa” anklavdakı vəziyyətə görə fəaliyyətini dayandırdlğınə bildirib. Fələstinin WAFA xəbər agentliyi yazıb ki, noyabrın 3-də İsrail aviasiyasının “Əl-Şifa” xəstəxanasının əsas girişinə endirdiyi zərbələr nəticəsində onlarla insan həlak olub və yaralanıb.

İsrail ordusu noyabrın 10-da axşam saatlarında yeni doğulan körpələrin təxliyyə edilməsini təklif etdiyini və xəstəxananın girişinə 300 litr yanacaq qoyduğunu, lakin bu təkliflərin HƏMAS tərəfindən əngəlləndiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar