Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu: “İsrailin Qəzzanı işğal etmək məqsədi yoxdur”

“İsrail HƏMAS-ı məğlub etdikdən sonra Qəzza zolağına hakim olmaq, onu işğal etmək və ya idarə etmək niyyətində deyil, lakin lazım gələrsə, yaraqlılardan gələn təhlükənin qarşısını almaq üçün etibarlı qüvvələr anklava girməlidir”...

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahunun qeyri-müəyyən müddətə Qəzzanın təhlükəsizliyinə İsrailin cavabdeh olacağına dair açıqlamaları İsrailin əsas müttəfiqi olan ABŞ-nin reaksiyasına səbəb olub. Vaşinqton Qəzzanın müharibədən sonrakı işğalına qarşı çıxıb və anklavın fələstinlilər tərəfindən idarə edilməli olduğunu bildirib.

“Biz Qəzzanı fəth etməyə, Qəzzanı işğal etməyə, Qəzzanı idarə etməyə çalışmırıq… Düşünürəm ki, Qəzzanın gələcəyinin necə olacağı aydındır: Bu döyüşün sonunda HƏMAS olmayacaq, biz HƏMAS-ı təkcə özümüz üçün deyil, hamı üçün, sivilizasiya naminə, fələstinlilərin və israillilərin naminə məhv edəcəyik. Biz Qəzzanın demilitarizasiyasını, deradikalizasiyasını və yenidən qurulmasını görməliyik və bütün bunlara nail olmaq olar”, - deyə Netanyahu vurğulayıb.
O bildirib ki, Qəzzada hökumət qurulmalıdır, lakin İsrail 7 oktyabr hücumu kimi hücumun bir daha təkrarlanmaması üçün əlindən gələni edəcək.

“Beləliklə, lazım gələrsə, Qəzzaya girəcək və qatilləri zərərsizləşdirəcək etibarlı qüvvələrə malik olmalıyıq. Çünki bu, HƏMAS kimi strukturun dirçəlməsinə mane olacaq”, - deyə İsrailin baş naziri əlavə edib.(oxu.az)

Poliqon.info


Etiket: Netanyahu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ən çox oxunanalar