Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinkenin Türkiyə səfəri... - Səfər Yaxın Şərqdə nizamlama prosesinə təsir edəcəkmi?

Bu təmaslar İsraili birmənalı olaraq dəstəkləyən və Fələstinə İsrail kimi heç bir haqq tanımayan ABŞ-ın mövqeyində dəyişiklik yarada bilərmi?..

Politoloq: “Müharibənin dayandırılması ABŞ-ın da, bölgə xalqlarının da maraqlarına tam uyğundur”.

“Sadəcə olaraq İsrailin Baş naziri Netanyahu sağ radikal qüvvələrin təmsilçisi kimi müharibə əməliyyatlarının davam etdirilməsini israr edir”.

Bu sözləri politoloq Qabil Hüseynli ABŞ Dövlət Katibinin Türkiyə səfərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Katibi Entoni Blinken Ankarada rəsmi səfər edib. Onun səfəri indiki şəraitdə böyük maraqla qarşılanıb. Dünən Blinken Türkiyənin XİN rəhbəri Hakan Fidanla görüşüb və görüş 3 saat davam edib. Bundan başqa Blinken bir sıra region ölkələri ilə də təmas halındadır və bu təmaslar davam edir.

Bu təmaslar İsraili birmənalı olaraq dəstəkləyən və Fələstinə İsrail kimi heç bir haqq tanımayanABŞ-ın mövqeyində dəyişiklik yarada bilərmi? Ümumiyyətlə, Blinkenin son Yaxın Şərq diplomatiyası İsrail-Fələstin müharibəsinə təsir edəcəkmi?

İsrail-Fələstin müharibəsində rol oynayan qüvvələri Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Yaxın bir neçə gün ərzində bölgədə atəşkəs rejimi təmin edilə bilər”.

İsrailin mövqeyində müəyyən yumşalmanın olduğu zəif də olsa, görünməkdə olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, müharibənin dayandırılması ABŞ-ın da, bölgə xalqlarının da maraqlarına tam uyğundur:

“Mənim zənnimcə ABŞ-ın mövqeyində dəyişiklik var. Müharibənin dayandırılması ABŞ-ın da, bölgə xalqlarının da maraqlarına tam uyğundur. Sadəcə olaraq İsrailin Baş naziri Netanyahu sağ radikal qüvvələrin təmsilçisi kimi müharibə əməliyyatlarının davam etdirilməsini israr edir.

ABŞ Dövlət Katibi Entoni Blinken isə bu cür çoxsaylı səfərləri, dövlət başçıları ilə görüşləri təsdiq edir ki, ABŞ İsraillə Fələstin arasında atəşkəs elan olunması uğrunda mübarizə aparır. Hər bir halda İsrailin də mövqeyində müəyyən yumşalma olduğu zəif də olsa, görünməkdədir.

Düşünürəm ki, yaxın bir neçə gün ərzində bölgədə atəşkəs rejimi təmin edilə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar