Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram və istirahət günlərində bölgələrdə gözlənilən hava açıqlanıb

Bölgələrimizdə bayram və istirahət günlərində (noyabrın 8-12-də) gözlənilən hava şəraiti açıqlanıb...

Bu barədə Poliqon-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, ŞahbuzŞərur rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəçəyi gözlənilir. Lakin 10-u axşamdan 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər və 10-da axşam qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da gündüz dağlıq ərazilərdən başlayaraq 12-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Gecə və səhər saatlarında duman olacaq.Qərb küləyi 5-10 m/s, bəzi günlərdə arabir 15-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-3° isti, gündüz 5-9° isti olacaq.

Qazax, Gəncə, Goranboy,Tərtər, Füzuli rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər şərq rayonlarından başlayaraq, 10-da səhər isə dağlıq rayonlardan başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər, 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gündüz, 10-da isə gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-23° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-18° isti olacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar