Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda şəhid anasının evi yaşanmaz vəziyyətdədədir – Ananın şikayətyətini isə heç kim dinləmir...

Ağdam rayonunun Xındırıstan kənd sakini, şəhid Cəfərov Tahir Tapdıq oğlunun anası Cəfərova Rəfiqə Müseyib qızına aid olan ev yaşamaq üçün təhlükəli vəziyyətdədir...

Poliqon xəbər verir ki, belə bir açıqlama ilə şəhid anasının qızı Cəfərova Gülsüm Tapdıq qızı sosial şəbəkdə çıxış edib. Gülsüm Cəfərova müraciətində bildirib ki, onun anasına aid olan ev yaşamaq üçün yararsızdır. Hazırda isə şəhid anası başqalarının evində yaşamağa məcburdur.

Şəhid anasının yaşadığı evin qəzalı olması ilə bağlı bütün instansiyalara müraciət olunsa da, onların şikayətinə baxan yoxdur. Gülsüm Cəfərova bildirir ki, məsələ ilə bağlı ölkə prezidentinə də müraciət edib. Lakin yerli məmurlar hələ də şəhid anasının şikayətinə qulaqlarını və gözlərini bağlayıblar.

Qeyd edək ki, videogörüntüdə şəhid anasının evinin real vəziyyəti doğrudan acınacaqlıdır və bu evdə yaşamaq sözün əsl mənasında təhlükəlidir. Bəs Ağdam rayon İcra Hakimiyyəti, icra nümayəndəsi, Fövəqladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi bu təhlükəni nədən görməməzlikdən gəlirlər? Bəlkə onlara görə vidodakı vəziyyət normal haldır? Görəsən Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, İcra səlahiyyətli hakimiyyətinin işçiləri, Xındırıstan kənd nümayəndəsi Vaqif Kazımov, ya da elə Fövəqladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin işçiləri belə bir evdə yaşayarlarmı? Bəlkə onların yaşadıqları villardan şəhid anasının bu qəzalı daxması görünmür?..

Xatırladaq ki, şəhid Tahir Cəfərov 1993-cü ildə Birinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalıb. O, ailənin tək oğul övladı olub.

Şəhid Tahir Cəfərovun anasının yaşanmaz vəziyyətdə olan evi haqqında Ağdam rayon İcra Hakimiyyətindən və Fövəqladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzindən açıqlama gözləyirik...

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar