Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CHP-də Kılıcdaroğlu dönəmi bitdi... - Özgür Özəl liderliyini qoruya biləcəkmi?

Türkiyədə Özgür Özel Cumhuriyyət Xalq Partiyasının sədri seçilib...

Politoloq: “Özgür Özel Kəmal Kılıçdaroğlundan daha naşı siyasətçi hesab edilir. Çünki onun bütövlükdə beynəlxalq münasibətlər sistemi ilə bağlı kifayət qədər bilgiləri yoxdur”.

“Təbii ki, bütövlükdə Türkiyədə artıq CHP siyasi münasibətlər sistemində özünə olan inam və etibarını itirib”.

Bu sözləri politoloq Tural İsmayılov Özgür Özelin Cumhuriyyət Xalq Partiyasının sədri seçilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Türkiyədə Özgür Özel Cumhuriyyət Xalq Partiyasının sədri seçilib. Beləliklə də, CHP-yə 13 il partiyaya sədrlik edən Kamal Kılıçdaroğlu erası sona çatıb. Bəs, Türkiyənin ana müxalifət partiyasının liderinin dəyişməsi özüylə hansı dəyişiklikləri gətirə bilər və Özgür Özəl davamlı ola biləcəkmi? Bir müddət sonra İmamoğlunun CHP ıiderliyinə gələ ehtimalını necə dəyərləndirmək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Özgür Özelin İmamoğlu tərəfindən dəstəklənməsi də onu deməyə əsas verir ki, Özgür Özel İmamoğlunun tramplin layihələrindən biridir”.

İstənilən halda, CHP-də sədr dəyişikliyinin onsuz da, geriləməkdə olan müxalifət partiyasının vəziyyətinin daha da pisləşəcəyinə səbəb olacağını proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, CHP daxilindəki çatlar hələ uzun müddət davam edəcək:

“Təbii ki, bütövlükdə Türkiyədə artıq CHP siyasi münasibətlər sistemində özünə olan inam və etibarını itirib. Özəlliklə Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin regional gücdən qlobal-siyasi gücə çevrilməsi, bu gün dünyadan gələn çağırışlar fonunda Türkiyənin bur çox siyasi, iqtisadi məsələlərdə aparıcı mövqelərdə olması, həmçinin faktiki danılmazdır ki, məhz Ərdoğanın hakimiyyəti dövründə uzun illər Türkiyəyə böyük bəlalar düçar etmiş PPK terroru kifayət qədər zəifləyibdir. Bu gün Türkiyə özünə yaxın çoğrafiyalarda təhlükəsizliyin əsas qarantlarından biridir. Bütün bunları görən qədirbilən türk xalqı sonuncu seçkilərdə də AKP və MHP-nin təmsil olunduğu Cumhur İttifaqına səs verdi. Bu da əlbəttə ki, AKP-yə əsas rəqib olan CHP daxilində Kəmal Kılıçdaroğluna olan münasibəti kifayət qədər sərtləşdirdi.

Özgür Özel Kəmal Kılıçdaroğlundan daha naşı siyasətçi hesab edilir. Çünki onun bütövlükdə beynəlxalq münasibətlər sistemi ilə bağlı kifayət qədər bilgiləri yoxdur. Özgür Özel tibb sahəsinin yaxşı bilsə də, bir insanın Türkiyədəki əsas partiyalardan birinin sədri olması üçün digər sahələrdə də geniş dünyagörüşünün olması tələb olunur. Özgür Özelin də bu sahədə kifayət qədər zəif olduğu bilinir.

Eyni zamanda, Özgür Özelin İmamoğlu tərəfindən dəstəklənməsi də onu deməyə əsas verir ki, Özgür Özel İmamoğlunun tramplin layihələrindən biridir. İmamoğlu növbəti dəfələrlə Özgür Özelin yerinə CHP-nin sədri kreslosuna əyləşməyə çalışır. İstənilən halda, CHP-də sədr dəyişikliyi onsuz da, geriləməkdə olan müxalifət partiyasının vəziyyətinin daha da pisləşəcəyinə səbəb olacaq. Ümumiyyətlə, CHP daxilindəki çatlar hələ uzun müddət düzəlməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar