Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: ABŞ İsraillə birlikdə konkret plan üzərində hərəkət edir...

ABŞ-ın yürütdüyü siyasət Yaxın Şərqdə sülhə nail olmağa yardım edirmi?..

Politoloq: “ABŞ Dövlət Katibi Blinkenin ard-arda Yaxın Şərqə səfərləri, xüsusilə də, Yaxın Şərqdəki ərəb ölkələri ilə görüşləri yalnız bir məqsədə xidmət edir. Bu məqsəd də qonşu ölkələrin bu müharibəyə Fələstin tərəfindən qoşulmaması və yaxud da maliyyə, silah yardımının edilməməsidir”.

“Qonşu ən böyük orduya malik Misir dövləti xarici borca görə çox acınacaqlı bir durumdadır. Belə bir vəziyyətdə, Misir bu prosesə qoşulmadığı və fələstinlilərin köçürülməsi üçün sərhədlərini açdığı təqdirdə bu borcların dünya bankı tərəfindən tamamilə bağışlanması təklif olunur”.

Bu sözləri politoloq Natiq Miri ABŞ dövlət katibinin İsrailə ard-ard səfərlərindəki məqsədi Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Katibi Entoni Blinken dünən növbəti dəfə İsrailə səfər edib. Vaşinqtonun baş diplomatı İsrail Baş naziri Benyamin Netanyahu və digər rəsmilərlə görüşlər keçirdi. Bu gün isə Blinken bir sıra ərəb ölkələrinin liderləri ilə müzakirələr aparacaq. Eyni zamanda bir çox dünya liderləri ABŞ-ı Qəzzada baş verənlərə görə ittiham edir.

ABŞ-ın hazırkı Fələstin siyasətini necə dəyərləndirmək olar? Bu siyasət Yaxın Şərqdə sülhə nail olmağa yardım edirmi?

İsrail-Fələstin müharibəsində rol oynayan böyük gücləri Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “ABŞ rəhbərliyinin İsrailə səfəri, qonşu ölkələrlə görüşü yalnız sülhə töhvə vermək deyil, bu İsrailin təhlükəsizliyini təmin etmək üçün hər zaman potensial təhlükə olan Qəzzanı tamamilə aradan qaldırmaq və İsrailin nəzarətinə keçirməkdən ibarətdir”.

Blinkenin Yaxın Şərq səfərinin məqsədnin qonşu ölkələrin bu müharibəyə Fələstin tərəfindən qoşulmaması və yaxud da maliyyə, silah yardımının edilməməsi ilə bağlı olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, ərəb ölkələri hər zaman Fələstini müəyyən maddiyyat, maraq əsasında satıblar və bu gün eyni şeyi yenə də ABŞ İsraillə birlikdə onlara təklif edir:

ABŞ İsraillə birlikdə konkret plan üzərində hərəkət edir. Burada söhbət qətiyyən sülhə töhvə verməkdən getmir. ABŞ-ın Dövlət Katibi Blinkenin ard-arda Yaxın Şərqə səfərləri, xüsusilə də, Yaxın Şərqdəki ərəb ölkələri ilə görüşləri yalnız bir məqsədə xidmət edir. Bu məqsəd də qonşu ölkələrin bu müharibəyə Fələstin tərəfindən qoşulmaması və yaxud da maliyyə, silah yardımının edilməməsidir.

Eyni zamanda digər muzdlu qüvvələrin prosesə müdaxiləsinə şərait yaratmasınlar. Əsas məqsəd bundan ibarətdir ki, HƏMAS İsrail qarşısına təklənsin və tezliklə HƏMAS tamamilə çökdürülsün. Ancaq bir də Qəzza ərazisində 2 milyondan çox fələstinlilərin mümkün olarsa, Misirin Sinay yarımadasına hələlik, müvəqqəti adı ilə köçürülməsinə təmin etmək istəyirlər. Bu da bütövlükdə Qəzzanın işğalından sonra Qəzzanı tamamilə İsrailin nəzarətində saxlamağa xidmətə edir.

Natiq Miri: “HƏMAS-ın məhv olması hələ dirənişin bitməsi anlamına gəlmir”.

Bu kontekstdə əlbəttə, ABŞ sadəcə danışıqlar yolu ilə bunu təmin etmək istəmir. Maddi, həvəsləndirici təkliflər verilir. Bildiyimiz kimi, qonşu ən böyük orduya malik Misir dövləti xarici borca görə çox acınacaqlı bir durumdadır. Belə bir vəziyyətdə, Misir bu prosesə qoşulmadığı və fələstinlilərin köçürülməsi üçün sərhədlərini açdığı təqdirdə bu borcların dünya bankı tərəfindən tamamilə bağışlanması təklif olunur. Bunun necə olacağı hələlik bəlli deyil. Ancaq fakt ondan ibarətdir ki, bu cür şirnikləndirici təkliflər digər Ərəb ölkələrinə də təklif olunur. İstər İordaniya, istər Səudiyyə Ərəbistanının timsalında bu cür həvəsləndirici təkliflər olur.

Əslində Fələstin-İsrail müharibəsinin bitməməsinin əsas səbəblərindən biri də zaman-zaman bu cür maddi tərkibli həvəsləndirici, şirnikləndirici təkliflərin olması və ərəb rejimlərinin də buna razı olması ilə əlaqədardır. Hər zaman Fələstini müəyyən maddiyyat, maraq əsasında bu ərəb ölkələri satıblar və bu gün eyni şeyi yenə də ABŞ İsraillə birgə təklif edir. Buna görə də, ABŞ rəhbərliyinin İsrailə səfəri, qonşu ölkələrlə görüşü yalnız sülhə töhvə vermək deyil, bu İsrailin təhlükəsizliyini təmin etmək üçün hər zaman potensial təhlükə olan Qəzzanı tamamilə aradan qaldırmaq və İsrailin nəzarətinə keçirməkdən ibarətdir. Ancaq bunun gələcək prespektivdə müharibəni nə qədər bitirə biləcəyi böyük sualdır. Çünki HƏMAS-ın məhv olması hələ dirənişin bitməsi anlamına gəlmir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Ən çox oxunanalar