Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb... - Fransanın cinayətlərinə diqqət yönələcək?

Bu müraciət dünyada Fransanın müstəmləkə cinayətlərinə diqqətin yönəlməsində rol oynayacaqmı?..

Siyasi-şərhçi: “Prezident İlham Əliyevin bu müraciətinin Fransanın müstəmləkə cinayətlərinə diqqətin yönəlməsində mühim rol oynayacağını düşünürəm”.

“Bu müraciət, BMT-nin rəsmi sənədi kimi yayıldığına görə, beynəlxalq ictimaiyyətin Fransanın məsuliyyətini tələb etməsi həmçinin Fransanın müstəmləkəçilik siyasətinin qurbanları olan xalqların səslərini eşidilməsi üçün də bir səbəb ola bilər”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli prezident İlham Əliyevin müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.

Bəs, bu müraciət dünyada Fransanın müstəmləkə cinayətlərinə diqqətin yönəlməsində rol oynayacaqmı?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Prezident çıxışı zamanı xüsusi ilə, Fransanın Afrika və digər ərazilərdə ölkələri işğal edərək, sərvətlərini talayan, xalqlarını uzun illər zülm edən, etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyan və çoxsaylı cinayətlər törədən Fransanın kolonializminin utancverici yeni metodlarının bu gün də davam etdirdiyini vurğulayaraq beynəlxalq ictimaətə çox önəmli mesajlar vermiş oldu”.

Onlar öz təbliğatlarını saxta, uydurma məsələlər üzərindən qaldırırsa da, bizim bunu real və faktlar əsasında qaldırdığımızı vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bundan sonra da bu siyasəti davam etdirməliyik:

Prezident İlham Əliyevin bu müraciətinin Fransanın müstəmləkə cinayətlərinə diqqətin yönəlməsində mühim rol oynayacağını düşünürəm. Prezident çıxışı zamanı xüsusi ilə, Fransanın Afrika və digər ərazilərdə ölkələri işğal edərək, sərvətlərini talayan, xalqlarını uzun illər zülm edən, etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyan və çoxsaylı cinayətlər törədən Fransanın kolonializminin utancverici yeni metodlarının bu gün də davam etdirdiyini vurğulayaraq beynəlxalq ictimaətə çox önəmli mesajlar vermiş oldu.

Bu müraciət, BMT-nin rəsmi sənədi kimi yayıldığına görə, beynəlxalq ictimaiyyətin Fransanın məsuliyyətini tələb etməsi həmçinin Fransanın müstəmləkəçilik siyasətinin qurbanları olan xalqların səslərini eşidilməsi üçün də bir səbəb ola bilər. Eyni zamanda bu müraciət, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini diqqətə çatdırır. Bu da, Azərbaycanın beynəlxalq proseslərdə oynadığı mühüm rolun, o cümlədən dünyada kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər edilməsinə və bu yöndən təşəbbüslərin irəli sürülməsində töhfələrin verilməsinə görə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bunun BMT-nin rəsmi sənədi kimi yayılması da, dediklərimizin əyani göstəricisidir.

Hesab edirəm ki, Azərbaycan bundan sonra da beynəlxalq hüquq çərçivəsində Fransa kimi beynəlxalq qanunlara hörmət qoymayan ölkələrin ikili standartlarını hər yerdə bəyan etməlidir. Fransa və onun kimi qara tarixi olan ölkələr utanmadan, heç bir beynəlxalq hüquqa söykənməyən iddialarla bizə qarşı istər BMT-də, istər digər konfranslarda məsələ qaldırırsa, biz niyə həmin ölkələrin həqiqətəndə törətdikləri bu utanc verici halları gündəmə gətirməyək? Onlar öz təbliğatlarını saxta, uydurma məsələlər üzərindən qaldırırsa, biz bunu real və faktlar əsasında qaldırırıq. Hesab edirəm ki, bundan sonra da bu siyasəti davam etdirməliyik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Ən çox oxunanalar