Bu gün Xaçmaz şəhərində evlərdən birində tapılan meyitin kimliyi məlum olub...
"Report"un Şimal bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Hacıyev Rasim Kərim oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti şəhərin Ramil Sadıqov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Poliqon.info