Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“PashaPay” MMC ilə “Azəriqaz” İB arasında anlaşma imzalanıb 

10 oktyabr 2024-cü il tarixində “PashaPay” MMC ilə “Azəriqaz” İB arasında ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb...

Mia.az xəbər verir ki, imzalanma mərasimi regionun ən böyük innovasiyalar tədbirlərindən biri olan “Inmerge İnnovasiya Sammiti”ndə dövlət və özəl tərəfdaşlığı çərçivəsində reallaşıb.

Memoranduma əsasən, “Azəriqaz” tərəfindən vətəndaşlara və hüquqi şəxslərə göstərilən bəzi xidmətlərin “m10” mobil tətbiqində rəqəmsallaşdırılması həyata keçiriləcək. Layihə çərçivəsində “m10” mobil tətbiqində “Azəriqaz” İB müştərilərinin şəxsi kabinetinin yaradılması, onlayn xidmətlərin göstərilməsi (ərizə və müraciət qəbulu, arayış verilməsi və s.), ödəniş təcrübəsinin yaxşılaşdırılması, eləcə də ödənişlərin stimullaşdırılması kimi müxtəlif yeni alətlərin tətbiqi nəzərdə tutulur. Habelə qaz təchizatı xidmətinə görə müvafiq haqların ödənilməsi zamanı yarana biləcək sual və ya şikayətlərin dövlət və özəl tərəfdaşlığı çərçivəsində cavablandırılması və həll edilməsi də diqqətdə saxlanılacaq.

Qeyd edək ki, bu əməkdaşlıq “Azəriqaz” İB tərəfindən həyata keçirilən geniş rəqəmsallaşdırma proqramının tərkib hissəsidir və müasir innovativ həllərdən istifadə etməklə abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay