Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tacikistan nümayəndə heyəti Hərbi İnstitutu ziyarət edib - Video

Tacikistan Respublikası Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin rəisi general-mayor Hafiz Cabor Əzizzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib...

Bu barədə Poliqon-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə hərbi institutun tarixi və fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun da iştirak etdiyi görüşdə hərbi təhsil sisteminin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Sonra nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan tacik kursantlarla görüşərək onlarla söhbət aparıb və təhsilləri ilə maraqlanıb. Tacikistanlı qonaqlar institutun ərazisindəki muzeydə sərgilənən fotostendlə tanış olublar.

Nümayəndə heyəti daha sonra təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası ilə tanış olub, kursantların tədris prosesinin gedişatı ilə maraqlanıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir

“Neftçi” legioner futbolçusu ilə yollarını ayırıb

Ən çox oxunanalar