Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək

Hər COP sessiyası əvvəllər əldə edilmiş razılaşmalara əsaslanır. Braziliyada keçiriləcək COP30 da COP29-da əldə edilmiş razılaşmalardan istifadə ediləcək...

Bunu “Report”a açıqlamasında Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo bildirib.

“Braziliya üçlük ölkələrindən biri kimi bu görüşdə (PreCop29) xüsusi rol oynayır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan və Braziliya indi birlikdə işləyirlər. Çünki sonuncu COP-da biz hər konfransa sıfırdan başlaya bilməyəcəyimiz qənaətinə gəldik. İndi biz Azərbaycan və BƏƏ sədrlikləri ilə fəaliyyəti sıx əlaqələndiririk. Braziliya burada Belendə tamamlanacaq işləri hazırlamağa kömək etmək istəyən tərəfdaş kimidir”, - o qeyd edib.

Nazir müavini onu da vurğulayıb ki, real iqlim tədbirləri görülsə, 1,5°C hədəfinə nail olmaq olar:

"Biz dünyanı bu hədəfə çatmağın zəruriliyinə inandırmalıyıq. İnsanları qorxutmadan inandırmaq çox çətindir, çünki qorxu işləmir. Pis vəziyyətdə olacağımızı təkrarlayaraq nəticə əldə etmədik. Buna görə də insanların çox səhv etməsinə, həll yolları da tapa biləcəklərinə əsaslanaraq elmi reallığı nikbinliklə birləşdirmək lazımdır. Ümid edirəm ki, biz Bakıda və Belendə bu balansa nail ola biləcəyik".

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay