Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu HƏMAS-la müharibənin üçüncü mərhələsinin başladığını elan edib

İsrail Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı müharibənin üçüncü mərhələsinə qədəm qoyub...

Poliqon xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahu bildirib. Bu mərhələ quru hərbi əməliyyatının genişləndirilməsini nəzərdə tutur.

“Biz müharibənin ortasındayıq. Biz qarşımıza aydın məqsəd qoymuşuq: HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək. Biz bunu sistemli şəkildə edirik. İlkin bloklama mərhələsi tamamlandı. İkinci mərhələ isə davamlı olaraq hava hücumlarıdır. Üçüncü mərhələ Qəzza zolağına qurudan nüfuzun genişləndirilməsidir”, deyə Baş nazirin bəyanatında deyilir.

Anklavda quru əməliyyatının məqsədləri arasında girovların azad edilməsi də var. Netanyahu söz verib ki, bu əməliyyatın sonunda HƏMAS “yox olacaq” və “başqa bir Qəzzə ortaya çıxacaq”.

Eyni zamanda, İsrailin Baş naziri Livanın “Hizbullah” qruplaşmasına şimaldan hücuma qarşı xəbərdarlıq edib.

Xatırladaq ki, oktyabrın 28-də Qəzza zolağında quru döyüşlərinin başladığı gün Benyamin Netanyahu HƏMAS-la müharibənin ikinci mərhələsinin başladığını elan etmişdi. İsrailin Baş naziri bildirmişdi ki, məqsədi Fələstin hərəkatının infrastrukturunu məhv etmək və girovları azad etməkdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar