Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Digər rayonların sakinləri Qarabağdan ev ala bilərmi? - Rəsmi açıqlama

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağda yenidən qurulan şəhərlərimizə məcburi köçkünlərin qayıdışı prosesi davam edir...

Bu günə qədər köç prosesi çərçivəsində çox sayda ailə doğma torpaqlarına qovuşub.

Ancaq sosial şəbəkələrdə Azərbaycanın digər rayonlarından olan sakinlərinin də Qarabağa köçmək istəkləri ilə bağlı suallarına, müzakirələrinə şahid oluruq.

Maraqlıdır, digər rayonların sakinləri Qarabağdan ev ala və ya köçə bilərmi?

Mövzu ilə bağlı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

Qurumun Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Bizim.media-ya açıqlamasında bu fikirləri səsləndirib:

“Əvvəllər evləri “Qaçqınkom” tikirdi, daha sonra isə köç prosesini reallaşdırırdı. Ancaq “Böyük Qayıdış” proqramı ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi köçürülmə ilə məşğuldur və yalnız bu istiqamətdə öhdəliyi var. Digər məsələ ilə bağlı “Qaçqınkom”un məsuliyyəti yoxdur. Hazırda Qarabağa yalnız yerli sakinlər köçürülür”.

Azərbaycan vətəndaşları yaşayış yerini seçməkdə müstəqildirlər”

Millət vəkili Elman Məmmədov isə daha ümidli danışıb. O qeyd edib ki, ilkin köç mərhələsində Qarabağa yerli sakinlər köçürüləcəklər, növbəti mərhələdə köçkün olmayan digər rayonların sakinləri gedə bilərlər:

Azərbaycan Respublikası Konstitusiyası və qanunlarımız da bunu deməyə əsas verir. Azərbaycan vətəndaşları yaşayış yeri seçməkdə müstəqildirlər. Burada heç bir məhdudiyyət yoxdur və olmayacaq. İlkin mərhələdə məcburi köçkünlər öz torpaqlarında məskunlaşdırılandan sonra istənilən Azərbaycan vətəndaşı yaşamaq və işləmək üçün Qarabağa gedə bilər. Bu arzunun özü belə, alqışlanası istəkdir”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar